Moskva İrəvan və Bakını ciddi addımlar atmağa ÇAĞIRDI
Moskva İrəvan və Bakını vəziyyətin deeskalasiyası üçün addımlar atmağa çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə cümə axşamı brifinqdə jurnalistin sualını cavablandıran Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Rusiya Qarabağda artan gərginlikdən ciddi narahatdır.
Zaxarova hər iki tərəfi təmkinli olmağa çağırıb.
Nazirliyinin sözçüsü deyib ki, "hər iki tərəfdən döyüş ritorikası əks-məhsuldardır və sülh gündəliyinin irəliləməsinə kömək etmir".
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi martın 5-də baş vermiş silahlı insident nəticəsində həm Ermənistan, həm də Azərbaycan tərəfdən itkilərin olduğunu qeyd edərək, İrəvan və Bakını vəziyyətin deeskalasiyası üçün tədbirlər görməyə çağırıb. O vurğulayıb ki, sülhməramlı missiyanın məsuliyyət zonasında təhlükəsizlik və həyat təminatı ilə bağlı məsələlər sülh yolu ilə həll edilməlidir.
"Bakı və İrəvan üçtərəfli sazişlərin bütün müddəalarına ən yüksək səviyyədə ciddi şəkildə əməl etməlidirlər. Biz həmçinin hesab edirik ki, rəsmi İrəvanın qarşılıqlı məqbul həll yollarının axtarışında fəal iştirakı mövcud gərginliyin azaldılmasına töhfə verəcək", – deyə Zaxarova vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir