Moskva vilayətində ticarət mərkəzinə SİLAHLI HÜCUM - YARALANANLAR VAR

Moskva vilayətində ticarət mərkəzinə SİLAHLI HÜCUM - YARALANANLAR VARRusiyanın Moskva vilayətinin Mıtişşi şəhərinin ticarət mərkəzlərindən birində baş vermiş silahlı insidentdə üç nəfər yaralanıb.
KONKRET.az report-a istinadən xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti bildirib.
"Şarapovo yolunda yerləşən ticarət mərkəzində atəş səsləri eşidildiyi barədə məlumat daxil olub. Qanun pozucusu saxlanılıb. Hadisə nəticəsində üç nəfər bədən xəsarətləri alıb", – qurumun məlumatında qeyd olunub.
"Baza" teleqram kanalı atəş açmış şəxsin 24 yaşlı Danil Potexin olduğunu iddia edib.
İlkin versiyaya görə, qarşıdurma günorta kişi və TM mühafizəsinin əməkdaşları arasında olub. Potexin ticarət mərkəzinə içində qara çanta ilə daxil olmağa çalışıb və yoxlanışdan imtina edib. Təhlükəsizlik əməkdaşları ilə mübahisədən sonra o, mərkəzi tərk edib.
Lakin bir müddət sonra o, çantasız yenidən sözügedən yerə gəlib. O, növbəti dəfə yoxlanışdan imtina edib. Bunun ardınca onunla üç mühafizə əməkdaşı arasında dava başlayıb. Dava zamanı silaha əl atılıb.
Onun hansı silahdan istifadə etdiyi hələlik açıqlanmayıb.

Hadisə       Tarix: 03 mart 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. KONKRET.azbildirir ki, 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanov

Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi 

Gəncədə qadın əməliyyatdan sonra ölüb. APA-ya istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən özəl xəstəxanaların birinə baş verib. Tərtər rayon sakini 1958-ci il təvəllüdlü K.Qasımova əməliyyatdan sonra ölüb. Məlumat

17 yaşlı tələbə qız faciəvi şəkildə öldü

Tərtər şəhərində 17 yaşlı qızın ölümü ilə nəticələnən hadisə baş verib. -ın Teleqraf-a istinadən xəbərinə görə, rayon sakini, 2009-cu il təvəllüdlü Ocaqova Aysu Nicat qızı ehtiyatsızlıqdan sirkə turşusu içib. Yaxınları onu

Salyanda zəncirvari qəza: 5 nəfər

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azreport-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisində

Qarabağda bədbəxt hadisə - 2 nəfər həyatını itirdi (FOTO)

Avqustun 30-da Qarabağ bölgəsində "Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş." şirkətində bədbəxt hadisə baş verib. xəbər verir ki, hadisə nəticəsində topoqraf Kənan Hacıyev və onun köməkçisi Məmmədzadə Polad həyatın

Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)

Kəlbəcər rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb. Trend-ə istinadən xəbər verir ki, hadisə İstisu yolunda qeydə alınıb. Quzeyçirkin kənd sakini, 1996-cı il təvəllüdlü Quliyev İbrahim Əbülfə

Azərbaycan millisinin məşqçisi vəfat etdi

Qadın güləşi üzrə Azərbaycan milli komandasının məşqçisi Həsrət Məmmədyarov vəfat edib. Azərbaycan Güləş Federasiyasından -a bildirilib ki, 67 yaşlı Əməkdar məşqçi bu gün dünyasını dəyişib. 1959-cu il fevralın 1-də Ağsu rayonund

Qubada usta faciəvi şəkildə öldü

Qubada usta hündürlükdən yıxılaraq ölüb. KONKRET.azxəbər verir ki, 1979-cu il təvəllüdlü Vahid Seyidbala oğlu Stalov Dağlı kəndində yerləşən fərdi yaşayış evində təmir işləri görən zaman yüksəklikdən yerə yıxılıb. O, aldığ

Sitalçayda qatar minik avtomobili ilə toqquşdu - TƏFƏRRÜAT

Xızı rayonunun Sitalçay kəndində minik avtomobili qatarla toqquşub. -a istinadən xəbər verir ki, hadisə dəmiryol keçidində qeydə alınıb. Sürücü avtomobil yolu olmayan ərazidən dəmiryol xəttinin üzərindən keçmək istəyərkə


azerbaycan xeberleri son xeberler yeni xeberler oxu.az xeberler cəbhədən video valyuta mezennesi banklar maşın realiti şou