Moskvada Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclası keçirildi

Moskvada Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclası keçirildiMoskvada Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclası keçirildi
Aprelin 27-də Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 19-cu iclası keçirilib.
Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.
İclasda Komissiyanın həmsədrləri - Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.
Komissiyanın həmsədrləri iclasda çıxış edərək Azərbaycan və Rusiya dövlət başçılarının səyləri sayəsində iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını və müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdilər.
İkitərəfli əlaqələrin pandemiya şəraitində də davamlı inkişafını təmin etmək məqsədilə əsas diqqətin 2024-cü ilə qədər Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin əsas sahələrinin inkişafı Planının həyata keçirilməsinə yönəldilməsi xüsusi vurğulanıb.
İki ölkə arasında ticarət və investisiya, nəqliyyat potensialının artırılması, rəqəmsallaşma, innovativ inkişaf və rəqəmsal iqtisadiyyat, turizm və humanitar sahələri əhatə edən altı Yol xəritəsi çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində işlərin uğurla davam etdirildiyi bildirilib.
Azərbaycan-Rusiya əmtəə dövriyyəsinin bu ilin birinci rübündə 2 faiz artdığı qeyd edilib. Əmtəə dövriyyəsi mallarının çeşidinin olduqca geniş olduğu xüsusi vurğulanıb.
Tərəflər qarşılıqlı sərmayələrin həcmindən məmnunluq ifadə edərək investisiyaların artırılması üçün geniş imkanların olduğunu bildiriblər. Uğurla həyata keçirilən müştərək investisiya layihələrinin vacibliyi qeyd edilib.
Bildirilib ki, pandemiyaya baxmayaraq, ötən ildə Azərbaycan ilə Rusiya arasında aqrar-sənaye kompleksi məhsullarının dövriyyəsində 6 faizlik artım qeydə alınıb. Ölkəmizdən Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının çeşidinin şaxələndirilməsinin vacibliyi vurğulanıb. Bu kontekstdə mövcud hüquqi bazanın möhkəmləndirilməsinin önəmi qeyd edilib.
Azərbaycan ilə Rusiya arasında nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib. Bildirilib ki, cari ilin birinci rübündə dəmir yolu ilə daşınan yüklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5 %-dən çox, avtomobil nəqliyyatı ilə yükdaşımaların həcmi isə 11 %-dən çox artıb. Eyni zamanda, Şimal-Cənub və Şimal-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin uğurla fəaliyyət göstərdiyi bildirilib. Pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, Şimal-Cənub dəhlizinin fasiləsiz fəaliyyəti üçün göstərilən birgə səylərin önəmi vurğulanıb. Bunun nəticəsində ötən ildə dəhliz üzrə daşınan yüklərin həcminin 2019-cu illə müqayisədə 15 %-dən çox olduğu qeyd edilib. Dəmir yolu ilə yükdaşımaların həcmində 23 %-dən çox, avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmində isə 14%-ə yaxın artım olub. Eyni zamanda, cari ilin birinci rübündə dəhliz üzrə daşınan yüklərin həcmində  23,5 %-lik artım qeydə alınıb.   
Həmçinin 2020-ci ildə Şimal-Qərb beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların həcminin 11 % artdığı məmnunluqla qeyd edilib.
Hər iki ölkə ərazisində müvafiq yol infrastrukturunun yaxşılaşdırılması və Azərbaycan-Rusiya dövlət sərhədindəki nəzarət-buraxılış məntəqələrinin inkişaf etdirilməsi istiqamətində aparılan işlərin sinxronlaşdırılmasının vacibliyi xüsusi vurğulanıb.
İclas zamanı gündəlikdəki məsələlər, həmçinin iqtisadi-ticari, nəqliyyat, energetika, kənd təsərrüfatı, rabitə, humanitar və digər sahələrdə əldə olunmuş uğurlar və əməkdaşlığın perspektivləri geniş müzakirə olunub. Hər iki tərəf Azərbaycan-Rusiya strateji tərəfdaşlığının möhkəmləndirilməsinə, qarşılıqlı faydalı layihələrin davam etdirilməsinə xüsusi önəm verdiyini ifadə edib.
Eyni zamanda, hər iki ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə istiqamətində mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib, həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Yekun olaraq Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 19-cu iclasının nəticələrinə dair Protokol imzalanıb. /oxu.az

Siyasi       Tarix: 28 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta bugun xeberler şou biznes xəbərləri cəbhədən son dəqiqə