Moskvada ermənilərin basdırdığı minalar barədə məsələ QALDIRILDI
Dekabrın 9-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin müdafiə nazirlərinin görüşü keçirilib.
Müdafiə Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, Azərbaycan Respublikasını bu iclasda Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov təmsil edib.
General-mayor H.Mahmudov iclasda çıxış edərək Ermənistanın Azərbaycana qarşı 30 il ərzində törətdiyi cinayətlər barədə ətraflı məlumat verib.
İdarə rəisi vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin edilməsi və orada bərpa işlərinin aparılması Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdəndir.
Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərimizdə erməni hərbi birləşmələri tərəfindən basdırılmış minalar səbəbindən bərpa işləri ləngiyir.
Münaqişə bitəndən indiyədək 268 azərbaycanlının bu minalardan həlak olduğu və yaralandığı diqqətə çatdırılıb.

Formula-1: ikinci sərbəst yürüş başladı
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim