Moskvada Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyası açılacaq
Noyabrın 3 də Moskvada, Rusiya хalqlar dostluğu universitetinin (RXDU) Filologiya fakültəsində Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyasının açılış mərasimi keçiriləcək. Tədbirin təşkilatçısı Moskva vilayəti azərbaycanlıları milli-mədəni muxtariyatıdır (MVAMMM).
Auditoriyanın məqsəd və təyinatı zəngin irsi olan milli ədəbiyyatı təbliğ etməkdir.
Məlumat stendlərində azərbaycan-rus ədəbi əlaqələri və ədəbiyyatımızın dünya mədəniyyətindəki rolu xüsusi vurğulanır.
Nizami Gəncəvi adına Azərbaycan ədəbiyatı auditoriyası RXDU-nun Filologiya fakültəsinin dosenti, filologiya elmləri namizədi Anar Həsənovun ideyası əsasında fakültənin dekanı, filologiya elmləri doktoru, professor Viktor Barabaşın dəstəyi və yaxından iştirakı ilə gerçəkləşib. Layihənin məzmun və dizaynını Rusiya Təbii Elmlər Akademiyasının müxbir üzvü, Avrasiya Xalqları Assambleyasının üzvü Nizami Əliyev, dosent Anar Həsənov və MVAMMM- ın sədri Elşən İbrahimovla birgə tərtib ediblər.
Təntənəli mərasimə Azərbaycan və Rusiya dövlətlərinin müvafiq hakmiyyət orqanlarının təmsilçiləri, universitetin elmi-pedaqoji kollektivi, məzunları, dövlətlərarası, qeyri-hökümət təşkilatlarının nümayəndələri, diaspor fəalları və KİV mənsubları dəvət edilib. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var