Moskvadan Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasına REAKSİYA
Moskva Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasına münasibət bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
O deyib ki, Moskva Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olması barədə bəyanatını 1991-ci il Alma-Ata bəyannaməsinə istinad edən Praqa bəyanatının təsdiqi kimi qiymətləndirir.
Onun sözlərinə görə, Praqadakı razılaşma İrəvanla Bakı arasında proses üçün yeni çərçivə yaradıb.
"Rusiya Ermənistan-Azərbaycan nizamlanmasında vasitəçidir. Ona görə də Ermənistanın bu məsələdə dəqiq mövqeyinin olması vacibdir.
Sülh müqaviləsi layihəsinin özünə gəlincə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında Moskvada keçirilən danışıqların sonuncu raundu tərəflər arasında anlaşmanı yaxşılaşdırmağa və bir sıra məsələlər üzrə mövqelərini yaxınlaşdırmağa kömək etdi", – deyə Zaxarova bildirib.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına münasibət bildirən Zaxarova deyib ki, Moskva "vəziyyəti sakitləşdirmək üçün bütün vasitələrdən istifadə edir".
"Hazırda bütün səviyyələrdə danışıqlar gedir. Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşləri keçirilib. Bu əlaqələr bütün səviyyələrdə davam edir", – deyə XİN sözçüsü qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi