Moskvaya Yeni il səyahəti - FOTO

Moskvaya Yeni il səyahəti - FOTO2023-cü il dekabrın 15-dən 2024-cü il yanvarın 8-dək Rusiyanın paytaxtında ənənəvi "Milad bayramına səyahət" adlı festival keçirilir.
azxeber.com xəbər verir ki, sehrli bayram atmosferi və unudulmaz emosiyalar bəxş etmək məqsədi daşıyan tədbir Moskva şəhərinin sakinlərinə və qonaqlarına bayram ab-havasına qərq olmağa imkan verəcək.
Bu il "Milad bayramına səyahət" festivalı 12-ci dəfə Moskva küçələrində Yeni il möcüzəsi atmosferi yaradacaq və bütün paytaxtı sehrə bürüyəcək. Festivalın təşkil edildiyi 36 meydançada ilin əsas qış bayramına həsr olunan çoxsaylı tədbirlər keçiriləcək. Tədbirlər ziyarətçiləri Moskvanın tarixi, məişəti və Yeni il ənənələri ilə tanış edəcək. Paytaxtın sakinləri və qonaqları boyar dövründən müasir dövrədək şəhərin keçmişinə və bu gününə heyrətamiz səyahətə çıxa biləcəklər.
Azərbaycandan gələn qonaqlar ənənəvi qış xalq əyləncələri ilə tanış olmaq üçün unikal imkan əldə edəcəklər. Festivalın ziyarətçiləri konkisürmə meydançalarında sürüşə və buz üzərində qeyri-adi diskotekalarda iştirak edə, körlinq oyununda güclərini sınaya və qar üzərində kirşə sürə biləcəklər. Festivalın təşkil edildiyi məkanlarda peşəkar aktyorların və fiqurlu konkisürənlərin iştirakı ilə 1500-dən çox heyranedici Yeni il tamaşası və buz şousu nümayiş olunacaq. Maraqlı ustad dərslərində isə festival iştirakçılarına hədiyyə bükmək, evi, Yeni il ağacını və Yeni il süfrəsini bəzəmək qaydası öyrədiləcək.
Festivalın balaca qonaqları üçün Şaxta baba, Qar qız və digər nağıl personajlarının iştirakı ilə Yeni il bayram şənliyi keçiriləcək. Şənlik uşaqların ən böyük arzularını reallaşdıracaq. Böyüklər və uşaqlar qar adamları hazırlayacaq, Yeni il maskaradında iştirak edəcək, karuseldə əylənəcək və "Sehrbazlar məktəbi" adlı ustad dərsində iştirak etməklə əsl bayram ab-havasına qərq olacaqlar.
Səyahətçilər "Moskva çay süfrəsi"ndə iştirak etmək və onun tarixi ilə tanış olmaq üçün unikal imkan əldə edəcəklər. Qonaqlar çay etiketi və qonaqpərvərlik qaydaları ilə tanış olacaq və Moskvanın müxtəlif dövrlərə aid tarixi ab-havasını hiss edə biləcəklər. Teatr meydanında təşkil ediləcək maraqlı teatr proqramı qonaqları keçmişə qaytaracaq və onlara ənənəvi isti un məmulatlarının və Moskva çay kupajlarının dadına baxmaq, çini qablar, mürəbbələr və digər ənənəvi suvenirlər almaq imkanı bəxş edəcək. 
"Milad bayramına səyahət" festivalı paytaxt sakinlərinə və qonaqlara bayramın unudulmaz ab-havasına qərq olmağa, hər bir tədbirin keçirildiyi məkanda möcüzəni hiss etməyə, unudulmaz təəssüratlar və emosiyalar almağa imkan verəcək. Festival "Moskva mövsümləri" layihəsi çərçivəsində təşkil edilən çoxsaylı tədbirlərdən biridir. Festival müxtəlif ölkələrdən gələn turistlərə Rusiyanın mədəniyyəti və tarixi ilə tanış olmaq imkanı yaşadacaq. 

İqtisadiyyat       Tarix: 30 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbər ensonxeberler cəbhədən canlı krimnal xeber