MOSSAD Baqeri və Salamini öldürməklə İrana bu MESAJI VERİB: SEPAH rəhbəri və Baş Qərargah rəisi İsrailə nələr demişdi?   

MOSSAD Baqeri və Salamini öldürməklə İrana bu MESAJI VERİB: SEPAH rəhbəri və Baş Qərargah rəisi İsrailə nələr demişdi?   "Xomenei Baş Qərargaha və SEPAH-a yeni komandan təyin etməklə İsrailin hücumu nəticəsində Məhəmməd Baqeri və Hüseyn Salaminin öldürüldüyünü təsdiqlədi. Baqeri "İran ordusu və SEPAH döyüş hazırlığının zirvəsindədir" açıqlamasını vermiş, Səlami də İsraili hədələmişdi. İsrail bu şəxsləri aradan qaldırmaqla həm təhdidə cavab vermiş oldu, həm də İran ordusu və SEPAH-a vura biləcəyi zərbəni nümayiş etdirdi. Analoji addımların yeni təyin olunan komandanlara qarşı da atılacağı gözləntisi böyükdür".
KONKRET.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı səsləndirib.
O bildirib ki, Baqeri və Salaminin ölümü İranın hərbi elitasında balansa təsir edə bilər. Burada önəmli məqam post-Xomenei dövrünə hazırlığın konturlarında mümkün dəyişikliklərdir:
"İranda rejimin qorunması məqsədilə hakimiyyətin hərbi elitaya ötürülməsi variantlardan biri kimi nəzərdən keçirilir. Post-Xomenei dövrünə hazırlıq, o cümlədən, Məhsa Aminin ölümündən sonra təkcə cəmiyyətdə yox, elitada da daxili parçalanmaların ortaya çıxması bu məsələni daha da aktuallaşdırdı. SEPAH bu prosesdə daha aktiv şəkildə hərəkət edir, hətta Xomeneiyə qarşı mövqelərin olduğu haqda məlumatlar vardı. Pezeşkianın prezident olmasında Xomeneinin məhz SEPAH-a "hələ ölmədiyini" göstərməsi də səbəblərdən biri kimi qiymətləndirilir".
Ekspertin sözlərinə görə, post-Xomenei dövrünə hazırlıqda SEPAH-la milli ordu arasında müəyyən qarşıdurma müşahidə edilir:
"Baqeri isə SEPAH keçmişinə malik olsa da, bu prosesdə milli ordunun lideri rolunda çıxış edirdi. Baqeri SEPAH-ın Azərbaycana qarşı radikal münasibəti qarşısında da loyal yanaşması ilə balansı qoruyanlardan olub. Hətta SEPAH-ın İsraillə müharibə ssenarisində Azərbaycanı hədəfə almaqla bağlı daha öncə yayılan məlumatların azərbaycan əsilli Baqerinin liderlik etdiyi hərbi elita tərəfindən sızdırıldığı ehtimalları mövcuddur. Baqerinin ölümü hərbi elitada SEPAH-ın mövqelərini gücləndirəcək amildir. Salami aradan götürülsə də, bu, daha mütəşəkkil struktur olan SEPAH mövqelərinə daha az təsir edə bilər. Hərçənd, hər şeyİ, yəni  İranın gələcəyini, post-Xomenei dövrünün olub-olmayacağını müharibənin nəticələri müəyyənləşdirəcək".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 14 iyun 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son vəziyyət sonxeber az az xeber cəbhədən son durum