Mostbet'i reklam edən şəxslər saxlanıldı
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı lisenziyası olmayan "Mostbet" onlayn mərc oyunlarının ölkəmizdə reklamını aparan şəxslər saxlanılıb.
Patrul.az hələki onlardan birinin kimliyi haqqında məlumat əldə edib. 1993-cü ildə Qusar rayonunda anadan olmuş Cabir Əsədov (ad-soyad şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.
Aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs "Mostbet" qanunsuz onlayn mərc oyunları saytına aid şəkilləri öz sosial şəbəkə hesablarında paylaşıb və reklamını aparıb.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində "Instagram" və "Facebook" sosial şəbəkədəki profilində "Mostbet" onlayn mərc səhifəsinin reklamını apardığını etiraf edib, o ağlayaraq əməlindən peşman olduğunu və bir daha təkrarlamayacağını bildirərək hakimdən onu azad etməsini xahiş edib.
Müşavirə otağından qayıdan hakim Cabir Əsədovu İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib və 500 manat cərimə edib.
Digər əldə etdiyimiz məlumata görə, "Mostbet" onlayn qumar oyunlarını sosial şəbəkələrdə reklam edən daha iki nəfər saxlanılıb.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə ittiham irəli sürülərək barələrində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilərək hər birinin barəsində 30 sutka həbs qərarı verilib.
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi "Mostbet" onlayn mərc oyunlarını qanunsuz reklam edən şəxslərə qarşı etdikləri reklamın qarşısının alınması istiqamətində nəzarəti aktiv şəkildə gücləndirib və bu istiqamətdə kütləvi tədbirlər görüləcəyi bildirilir. / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır