Mostbet'lə bağlı daha bir açıqlama: 'Cəza tətbiq olunmalıdır

Mostbet'lə bağlı daha bir açıqlama: 'Cəza tətbiq olunmalıdırMilli Məclisin deputatı Müşfiq Cəfərov "Mostbet" adlı provayderin qanunsuz reklamları, sosial şəbəkələrdə aparılan qumar və bu kimi mərc oyunları barədə çoxsaylı şikayətlərə münasibət bildirib.
Deputat Pravda.az-a açıqlamasında deyib ki, nəinki "Tik Tok" platformasında, hətta digər sosial şəbəkələrdə  dələduzluqlar real həyatdakı qanunsuzluqlar kimi dəyərləndirilib, cəza tətbiq olunmalıdır.
"Təəssüf edirəm ki, sosial şəbəkələrin rahatlığından istifadə edən, nəinki bir neçə şəxs var, hətta onlayn şirkətlər belə mövcuddur. Bu cəhətdən də düşünürəm ki, sosial şəbəkələrdəki reklamlar müəyyən mənada nəzarətdə saxlanılmalıdır. Əfsuslar olsun ki, hələ bu sahədə ciddi bir təcrübə yoxdur. Sosial aləmdə baş verənlərə mütləq şəkildə nəzarət edilməlidir ki, insanlar nəyi reklam etdiklərinin fərqində olsunlar. Bu elə bir sahədir ki, nəzarət olduqca çətindir. Ümid edirəm, tezliklə sosial platformalarda həyata keçirilən qanunsuz qumar, mərc oyunlarının reklamları dövlət tərəfindən tənzimlənəcək, bu reklamların qarşısı alınacaq. Hazırda sosial şəbəkələrdən kifayət qədər böyük məbləğlər qazanan şirkətlər var ki, onlar bunun qarşısında heç bir vergi ödəmirlər. Bu da ölkədə ənənəvi sahibkarlığa bir növ zərər vurur", - deputat bildirib.
Qeyd: Tanınmış aktrisa Pərvin Abıyeva sosial şəbəkədə qanunsuz mərc oyunları ilə bağlı gedən müzakirələrdə bildirib ki, mərc oyunlarında bəxtini sınayır, amma "Mostbet" adlı provayder onun udduğu 5 min manatı ödəmir. Bu, "qara bazar"ın təmsilçisi "Mostbet" adlı provayderin külli miqdarda uduşları ödəmədiyi ilə bağlı səslənən ilk fakt deyil. Bir müddət əvvəl Ayaz İkramoğlu adlı vətəndaş da mediaya açıqlamasında deyib ki, "Mostbet"dən udduğu 156 min manatı ala bilməyib. Çox maraqlıdır ki, bu şirkəti Azərbaycanda bir çox tanınmış simalar reklam edir. / azxeber.com

Sosial       Tarix: 11 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola


yeni xeberler azerbaycan xeberleri son xeberler hava durumu siyaseti xeberler bugun bu gunun xeberleri xabar az