Motsartın əsərləri ağrıkəsici təsir göstərir - Alimlər araşdırdı
Amerikalı alimlər görkəmli bəstəkar Volfqanq Amadey Motsartın əsərlərinin ağrıkəsici təsirni aşkar ediblər.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, yeni doğulmuş uşaqlar üzərində aparılan təcrübə zamanı məlum olub.
Belə ki, 2019-cu ilin aprelindən 2020-ci ilin fevralına qədər tədqiqatçılar musiqinin körpələrdə ağrıya təsirini araşdırıb. Təcrübədə 100 yeni doğulmuş körpə iştirak edib və onlardan qan testi götürülüb.
Məlumata görə, 100 uşaqdan 54-ü tibbi prosedurdan 20 dəqiqə əvvəl və 5 dəqiqə sonra Motsartın əsərlərini dinləyib. Mütəxəssislər ağrı səviyyəsini ağlama, nəfəs alma, üz ifadələri və digər kriteriyaların intensivliyi əsasında sıfırdan yeddi bal arasında qiymətləndirib.
Məlum olub ki, Motsartı dinləyən yeni doğulmuş uşaqlar analizlər üçün qan toplanmasına asan dözür və daha sakit davranırlar. Prosedurdan sonra bir dəqiqə ərzində onlarda ağrı hiss dayanıb. Musiqi dinləməyən körpələr isə ağrını iki dəqiqədən çox hiss edib.
Alimlərin fikrincə, musiqi yeni doğulmuş uşaqlarda ağrıları effektiv şəkildə azaldır. Bu, körpələr üçün kiçik tibbi prosedurlarda ağrıları aradan qaldırmaq üçün sadə, asan və ucuz vasitə hesab edilə bilər.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı