Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vururYay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəzi insanlar kondisioner işləyən mühitdə özlərini narahat hiss edir, boğaz ağrısı, burun tutulması, öskürək və hətta soyuqdəymə əlamətləri ilə qarşılaşırlar.
Bəs kondisioner havası niyə hər kəsə eyni cür təsir etmir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan həkim-terapevt Günay Lətifova bildirib ki, kondisionerin orqanizmə təsiri hər bir insanın sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir.
Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vururOnun sözlərinə görə, kondisioner havanı soyutmaqla yanaşı, rütubət səviyyəsini də azaldır və nəticədə otaqda daha quru mühit formalaşır:
"Bu vəziyyət xüsusilə xroniki tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən insanlar üçün problem yarada bilər. Astma və allergik xəstəlikləri olan şəxslərdə quru hava narahatlığı artıraraq xəstəliyin əlamətlərini gücləndirəcək.
Əsas risklərdən biri də isti hava ilə sərin mühit arasında yaranan kəskin temperatur fərqidir.
İnsan küçədə yüksək temperaturun təsiri altında qaldıqdan sonra birbaşa çox sərin otağa daxil olduqda orqanizm bu dəyişikliyə dərhal uyğunlaşa bilmir. Bu isə immun sisteminin zəifləməsinə, boğaz ağrısı, əzələ tutulması və soyuqdəymə kimi problemlərin meydana çıxmasına səbəb olur."
Günay Lətifovanın sözlərinə görə, bu risk yalnız xroniki xəstəliyi olanlara aid deyil.
"Sağlam insanlarda da kondisionerin çox aşağı temperaturda və fasiləsiz işlədilməsi müxtəlif narahatlıqlara yol aça bilər.
Kondisioner sağlamlıq üçün təhlükəli cihaz hesab olunmur. Lakin ondan düzgün istifadə edilmədikdə yay aylarında da qış mövsümünə xas soyuqdəymə halları ilə qarşılaşmaq mümkündür".
Mütəxəssis insanların otaq temperaturunu normadan artıq aşağı salmamağı, kondisionerin hava axınını birbaşa üzərinə yönəltməməyi və qapalı məkanları vaxtaşırı havalandırmağı tövsiyə edib.
Beləliklə, mütəxəssisin fikrincə, kondisionerin özü deyil, onun düzgün istifadə edilməməsi sağlamlıq üçün risk yaradır. Xüsusilə quru hava və kəskin temperatur fərqləri yay aylarında müxtəlif tənəffüs yolu narahatlıqlarının və soyuqdəymə hallarının artmasına səbəb ola bilər.
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 14 iyul 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük


azerbaycan xeberleri yeni xeberler son xeberler meherremlik 2026 cebheden xeberler cəbhədən son vəziyyət son xeberler bugun