Mövsümi xəstəlikləri yaradan səbəblər AÇIQLANDI

Mövsümi xəstəlikləri yaradan səbəblər AÇIQLANDI"Kəskin respirator xəstəliklər, həmçinin xroniki bronxitlərin kəskinləşməsi qeydə alınır ki, bu kimi müraciətlərə də son zamanlar daha çox rast gəlinir".
KONKRET.az xəbər verir ki, bunu TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin Zığ Sağlamlıq Mərkəzinin həkim-terapevti Nuranə İsabalayeva deyib.
Onun sözlərinə görə, hər mövsümün havası bütün insanlar üçün eyni dərəcədə təsir göstərmir:
"Xüsusən də, yay fəslində temperaturun yüksəlməsi ilə əlaqədar bir sıra mövsümi xəstəliklər artır. Yay fəslində daha çox günəş şüalarının təsirindən allergik dermatitlər formasında üzə çıxan dəri xəstəliklərinə rast gəlinir. Vətəndaşlar əksər hallarda dəniz kənarında dincələrkən ultrabənövşəyi şüalardan qoruyan vasitələrdən (günəş kremlərindən və s.) istifadə etmir. Nəticədə isə xəstəliklər özünü həm dəri yanıqları şəklində, həm də həssas dərilərdə allergik formada dəri töküntüləri ilə büruzə verir".
Həkim-terapevt bildirib ki, ürəyin işemik xəstəliklərinə də çox rast gəlinir:
"Qızmar hava müşahidə edilən zaman nə qədər çox su içilsə də, orqanizmdən maye ifrazı artdığı üçün tromb əmələ gəlməyə meyilliliyin artması müşahidə edilə bilər. Bəzi hallarda aşağı ətraf venalarının isti havanın təsirindən genəlməsi səbəbi ilə arterial təzyiqin qeyri-stabil olması, çox zaman isə düşməsi baş verə bilər".
O qeyd edib ki, yay mövsümündə bir çoxları soyuq və hətta buzlu içkilərə, eyni zamanda daimi olaraq kondisioner işləyən otaqlarda oturmağa üstünlük verir:
"Bu zaman kəskin respirator xəstəliklər, həmçinin xroniki bronxitlərin kəskinləşməsi qeydə alınır ki, bu kimi müraciətlərə də son zamanlar daha çox rast gəlinir. Dənizdə və sahildə səhər erkən, həmçinin axşam saatlarında suya girən şəxslərdə sidik yollarının infeksiyalarının bir qədər artdığını görürük. Bundan əlavə, istər uşaqlar, istərsə də böyüklər arasında ən çox rast gəlinən və həm infeksion, həm də dispeptik (həzm pozulmaları) şəkildə özünü büruzə verən mədə-bağırsaq xəstəlikləri də müşahidə edilir".
"Böyüklərdə bu xəstəliklərə daha çox həzm pozulmaları formasında rast gəlinir. Bunlar həm soyuqdəymələrdən, həm də doğru şəraitdə saxlanılmayan qidaların (məsələn, dənizə gedərkən istifadə edilən çörəkarası məhsulların, eyni zamanda hisə verilmiş və xüsusi formada qablaşdırılmayan kolbasa və sosislərin uzun müddət günəş şüalarına məruz qalması) istifadəsindən irəli gəlir. Uşaqlarda isə mədə-bağırsaq xəstəlikləri daha çox infeksiya formasında müşahidə edilir. Doğru yuyulmayan, bəzən isə yuyulduqdan sonra həşərat və böcəklərin olduğu yerdə saxlanılan qidalar uşaqlarda infeksion formada müşahidə edilən mədə-bağırsaq xəstəlikləri yaradır", – Nuranə İsabalayeva əlavə edib.
Mütəxəssis vətəndaşlara müraciət edərək mövsümi xəstəliklərdən qorunmaq üçün öz tövsiyələrini bildirib:
"Vətəndaşlardan istəyimiz odur ki, onlar havanın isti keçdiyi günlərdə mümkün qədər günəş şüalarından qorunsunlar, otaq şəraitində daha çox qalsınlar, maye miqdarını və digər qidaları düzgün tənzimləsinlər, daha çox pambıq və kətan tərkibli geyimlərdən istifadə etsinlər ki, orqanizmdə hansısa xəstəlik formalaşmasın. Əks halda, mövsümi xarakterli yaranan xəstəliklər sonrakı dövrlərdə daha da inkişaf edərək müalicəsi çətinləşən xəstəliklərə çevrilə bilər. Səhhətində istənilən problemlə qarşılaşan vətəndaşlarımıza müraciət edirik ki, mütləq şəkildə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinin həkim-mütəxəssislərinə üz tutsunlar. Yalnız bu zaman istənilən xəstəliyi vaxtında aşkarlamaq və inkişafının qarşısını almaq olar".

Sağlamlıq       Tarix: 21 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son görüntülər valyuta məzənnələri zelzele valyuta mezennesi