Müdafiə nazirinin müavini Kəlbəcərə gedib - FOTO

Müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər rayonu ərazisində yeni istifadəyə verilən hərbi infrastruktura baxış keçirib.
Bu barədə azxeber.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Hərbi Polisin tabeliyindəki bölmənin yeni istifadəyə verilmiş yerləşmə məntəqəsi Müdafiə Nazirliyinin inşaat taborunun güc və vasitələri ilə müasir tələblər nəzərə alınmaqla inşa olunub.
Yerləşmə məntəqəsindəki qərargah, inzibati və xidməti iş otaqları mərkəzləşdirilmiş istilik sistemi, lazımi mebel və avadanlıqla təmin edilib, işıq, su və kommunikasiya xətləri çəkilib. Ətrafda abadlıq işləri aparılıb.
Burada silah otağı, yataqxana, yeməkxana, hamam-sanitar qovşağı, isitmə sobaları, eləcə də avtomobil texnikasının saxlanması üçün park mövcuddur.
Sonra şəxsi heyətlə görüşən general-leytenant N.Osmanov onların qayğıları ilə maraqlanıb, hərbi qulluqçuları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə general-polkovnik Zakir Həsənovun adından təbrik edərək xidmətlərində uğurlar arzulayıb və bayram hədiyyələri təqdim edib.
Daha sonra müdafiə nazirinin müavinləri - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev Kəlbəcər rayonu ərazisində yeni istifadəyə verilən birləşmiş anbarlarda olublar.
Məruzə edilib ki, yeni inşa edilən birləşmiş anbarlar vasitəsilə Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları ərazilərində dislokasiya olunan bütün bölmələrinin təminat və təchizatı fasiləsiz həyata keçiriləcək.
Burada mövcud olan qərargah binası, yataqxana, inzibati və xidməti otaqlar bütün zəruri avadanlıqlarla tam təchiz edilib. Fasiləsiz elektrik enerjisinin təminatı üçün generatorlar quraşdırılıb. Ərazidə abadlıq işləri aparılıb, ağaclar əkilib.
Birləşmiş anbarlarda mərkəzləşdirilmiş istilik sisteminin təmin edilməsi məqsədilə qazanxana kompleksi, hərbi hissələrə təminat daşınmasında istifadə edilən yük avtomobillərinin, eləcə də yanğınsöndürmə avtomobilllərinin saxlanması üçün park mövcuddur.
Həmçinin ərazidə qonaq evi də inşa edilib ki, buradakı istirahət otaqları da müasir tələblərə cavab verən bütün növ mebel və avadanlıqla təmin olunub.
Sonda hərbi qulluqçuların maddi-texniki təminatının və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində müdafiə nazirinin müvafiq tapşırıqları aidiyyəti şəxslərə çatdırılıb.
Müdafiə nazirinin müavini Kəlbəcərə gedib - FOTOMüdafiə nazirinin müavini Kəlbəcərə gedib - FOTOMüdafiə nazirinin müavini Kəlbəcərə gedib - FOTOMüdafiə nazirinin müavini Kəlbəcərə gedib - FOTOMüdafiə nazirinin müavini Kəlbəcərə gedib - FOTOMüdafiə nazirinin müavini Kəlbəcərə gedib - FOTOMüdafiə nazirinin müavini Kəlbəcərə gedib - FOTOMüdafiə nazirinin müavini Kəlbəcərə gedib - FOTOMüdafiə nazirinin müavini Kəlbəcərə gedib - FOTOMüdafiə nazirinin müavini Kəlbəcərə gedib - FOTOMüdafiə nazirinin müavini Kəlbəcərə gedib - FOTOMüdafiə nazirinin müavini Kəlbəcərə gedib - FOTOMüdafiə nazirinin müavini Kəlbəcərə gedib - FOTOMüdafiə nazirinin müavini Kəlbəcərə gedib - FOTOMüdafiə nazirinin müavini Kəlbəcərə gedib - FOTO

Sosial       Tarix: 29 dekabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


yeni xeberler azerbaycan xeberleri son xeberler bu gune olan xeberler xeber metbuat kriminal bugun