Müdhiş zəlzələ anonsu: bu ərazilər təhlükədə
Türkiyəli professor Övgün Ahmet Ercan Mərmərə dənizində baş verən zəlzələ ilə bağlı açıqlamalar verib.
KONKRET.az-ın xəbərinə görə, sosial media hesabında zəlzələ ilə bağlı şərhlərini paylaşan Ahmet Ercan "Mərmərə dənizində baş verən 3,3 ballıq zəlzələ böyük İstanbul zəlzələsinin xəbərçisidirmi?" sualına cavab verib.
Professor paylaşımında bunları qeyd edib: "6 avqust 2023-cü il, saat 18.29-da Yalova yaxınlığında dənizdə baş verən 3,3 ballıq zəlzələ 1999-cu il tektonik xəttində cüzi bir gərginlikdir. Bu, Şimali Mərmərədə gözlənilən böyük zəlzələ üçün xəbərdarlıq deyil. Mərmərə 7 baldan yuxarı böyük bir zəlzələ yarada biləcək səviyyədə deyil.
Şimali Mərmərə: İstanbul, Yalova, Kocaeli, Çınarcık, Gemlik, Mudanya, Bandırma, Erdek, Biga, Lapseki, Tekirdağ, Şarköy, Gelibolu və Trakiyanın Mərmərə sahillərində baş verəcək zəlzələ onun təsir dairəsində olacaq".
Qeyd edək ki, dünən saat 18.29-da Mərmərə dənizində 3,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin dərinliyi 7,7 kilometr olub. Yeraltı təkanlar Yalova, İstanbul, Kocaeli, Sakarya və Bursada da hiss olunub. Musavat.com

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu