Müəllimi bulvarda intihar edən qız haqqında: "Qüruruna sığışdırmadı"

Müəllimi bulvarda intihar edən qız haqqında: "Qüruruna sığışdırmadı" Müəllimi bulvarda intihar edən qız haqqında: "Qüruruna sığışdırmadı"
"Nə bilərdim ki, bir vaxtlar xəyallarının suya düşməsini istəmədiyim bir qızcığaz su çərşənbəsində özünü suya atacaq". 
Oxu.Az xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi ötən gecə bulvarda intihar edən 22 yaşlı Nəzakət Rzazadə barəsində şəxsi "Facebook" hesabında yazıb. 
Azərbaycan Tibb Universitetinin tələbəsi mərhumla bağlı üç il əvvəlki xatirəsini bölüşüb: 
"2017-ci ildə Dövlət İmtahan Mərkəzi Yaz və Yay qəbul imtahan modelinə keçmişdi. Həmin vaxt Nəzakət Yaz qəbul imtahanında iştirak etdi. Və 637 bal topladı. Həmin ərəfədə Azərbaycan Tibb Universiteti Müalicə işi ixtisası üzrə dövlət sifarişinə keçid balı 635 idi. Nəzakət sevinirdi ki, ödənişsizə düşəcək. Ona görə də imtahandan bir-iki gün sonra rayona - Sabirabada getdi. Amma mən bilirdim ki, yay imtahanında abituriyentlərin böyük əksəriyyəti ballarını qaldıracaqlar. Ona görə də getməmişdən əvvəl hazırlığını davam etdirməsini məsləhət gördüm. Dedi ki, bəsimdi. Qəbul olaram bu balla. Dedim, qızım ödənişliyə düşəcəksən. Özün də rayon uşağısan. İldə 4000 AZN ödənişi çatdırıb vermək var. Gəl əziyyətdən keçib, ay yarım da hazırlaş və balını artır. Ödənişsizə düş və atangilə də dəstək ol. Atasıgil rayonda olurdular. Burada dayısıgildə qalırdı. Bizim bu danışıqlarımızdan nəticə çıxarmadı və dedi ki, rayona gedirəm. O zaman təklif etdim ki, hazırlıq üzrə təhsil haqqını qarşılayacağıq. Əgər buna görə narahatsansa, getmə. Qüruruna sığışdırmadı. Dedi gedirəm və getdi. 
Bir həftə sonra yay imtahanına qeydiyyatdan keçənlərin sayına baxdım və bildim ki, bu qızın xəyalları suya düşəcək. Pulsuza qəbul ola bilməyəcək. Telefonu götürüb atasına - Muğdət bəyə zəng etdim. Dedim övladınızı göndərin gəlsin, hazırlaşsın. Mən əlimdən gələni edəcəm ki, o, artıq bal toplasın. Atası ilə razılaşdıq. Nəzakət geri qayıtdı. Mən işə gələndə mənlə gəldi, mən gedəndə mənlə birgə çıxdı. Bütün imtahan vaxtına qədər hər gün mənim otağımın arxasında olan otaqda hazırlaşdı. Bütün günü oxudu. Və imtahan ərəfəsi gəldi. Xeyir-dua verib, imtahana yola saldıq. Nəticələr elan olundu. Balı 663, ya 667 idi. Dəqiq xatırlaya bilmirəm. Bircə onu bilirəm ki, həmin il Müalicə işi üzrə keçid balı 661 bal oldu. Və Nəzakət öz fikri ilə qalsaydı, ödənişliyə düşəcəkdi. Amma 663 balla ödənişsiz ixtisası qazandı. Həmin il biz 650 balı keçən hər bir abituriyentə 1000 AZN mükafat verirdik. Həmin mükafatı Nəzakət Rzazadə də qazandı. Mən onu indi də örnək kimi abituriyentlərə misal göstərirdim. Nümunə idi mənim üçün ki, rayon uşağı, atadan-anadan uzaq bu nəticəni qazandı. 
Amma indi çox pisəm. Nə bilərdim ki, bir vaxtlar xəyallarının suya düşməsini istəmədiyim bir qızcığaz su çərşənbəsində özünü suya atacaq. 
Az öncə atası ilə danışdım. Atası deyir dünən gecə saat 11-dən sonra zəng etdi xeyli danışdıq. Bizdən sonra sevgili olduqları oğlanla danışıb və ondan sonra da özünü atıb. Atasının dediyinə görə axtarış fayda vermədiyi üçün dayandırıblar. Və onlar rayona gedirlər. Sabah axtarış yenidən davam edəcək. Ümidimi üzmürəm. Ona görə də Allah rəhmət etsin sözünü yazmağıma rəğmən deyə bilmirəm". 
Xatırladaq ki, Sabirabad rayonunun Qardaşlı kənd sakinləri olan Balahüseyn Məmmədov Zöhrab oğlu və Nəzakət Rzazadə Müğdət qızı bir-birlərini seviblər. Lakin ailələr onların birlikdə olmasına razı olmayıb. Buna görə də cütlük Bakıda bulvarda görüşüb. İlk olaraq Nəzakət Rzazadə intihar etmək məqsədilə özünü dənizə atıb. Sevgilisini xilas etmək istəyən Balahüseyn Məmmədov da onun arxasınca özünü suya atıb. Hava şəraiti ilə bağlı Xəzər dənizinin kəskin dalğalı olması səbəbindən Nəzakətin meyitinin axtarışı mümkün olmayıb, B. Məmmədov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti kafidir.  /oxu.az

Sosial       Tarix: 25 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı

Çində alimlər tərəfindən aparılan yeni elmi tədqiqat ev şəraitində içməli suyu təhlükəli mikroplastiklərdən təmizləməyin son dərəcə asan və effektiv yolunu üzə çıxarıb. Məlum olub ki, kran suyunu sadəcə qaynatmaq və xırd

Azərbaycanın 9 ayda Ermənistana ixracının dəyəri

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 450.07 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. KONKRET.azxəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, bu göstəric

"20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik" – Sosioloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda həm nikahların, həm də boşanmaların sayında azalma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanm

Vo Thi An Suan ADNSU-da - FOTOLAR

Ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olub. Vitse-prezidenti səfər zamanı Preziden

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

Bu gün UEFA Çempionlar Lqiasının Liqa mərhələsində "Borussiya" Dortmundu qəbul edəcək "Sabah"ın azarkeşləri üçün ödənişsiz avtobuslar fəaliyyət göstərəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüst

"Türkiyə şirkətlərinə Azərbaycanda geniş imkanlar yaradılıb" – Eldəniz Əmirov

Qardaşlar arasında söz-söhbət də olar, narazılıq da. Amma qardaş elə qardaşdır. Bu birincisi. İkincisi isə heç biz də pis qardaş deyilik. Biz qardaşlığı ən yaxşı yerinə yetiririk. İnanmayan ardını oxusun. Azərbaycan öz cibində

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler bu gun bu gune olan xeberler en sonxeber sonxeberler