"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib.
azxeber.com xəbər verir ki, Çingiz Bayramov cavabında bildirib ki, bu cür ciddiyyətdən uzaq çıxışlar Fatih Erbakana başıucalığı gətirmir:
"Rəhmətlik Nəcməddin Erbakanın oğlu Fatih Erbakanın səsləndirdiyi fikirlər insanı ciddi şəkildə düşündürür. Bir siyasi partiyanın rəhbəri olan şəxsin qonşu ölkələrin tarixi, dini və demoqrafik reallıqları haqqında dürüst və dolğun məlumata sahib olması vacibdir. O iddia edir ki, sanki Ermənistanda müsəlmanlar var, orada başörtülü xanımlar var… Bunu haradan tapıb? Bunu necə müəyyən edir? Bəzən insan həqiqətən bilmir, gülsün, yoxsa ağlasın! Bu cür əsassız və ciddiyyətdən uzaq çıxışlar Fatih Erbakana yaraşmır. Bir türk siyasətçisinə ümumiyyətlə yaraşmır".
QHT sədri Erbakana tarixi oxumağı da məsləhət bilib:
"Siyasi nitqdə faktoloji səhvlərə yol vermək, xüsusilə də regionun həssas mövzularında səthi çıxışlar etmək həm liderin öz peşəkarlığına, həm də təmsil etdiyi siyasi xəttin nüfuzuna ağır zərbə vurur. Müasir dövrdə liderlik yalnız məşhur soyadı daşımaqdan ibarət deyil; o, dərin dünyagörüşü, geosiyasi bilik və söylənilən hər bir kəlmənin məsuliyyətini daşımaq deməkdir".
"Bir türk olaraq türkiyəli dostlarıma və qardaşlarıma müraciət etmək istəyirəm. Türkiyə kimi böyük dövlətin siyasətində bilik, dünyagörüşü, tarixi yaddaş və məsuliyyət əsas meyar olmalıdır. Türkiyə siyasətinə zəngin analitik təfəkkürə malik, nə danışdığını bilən və yüksək səviyyədə düşünən liderlər yaraşır",-deyə sədr vurğulayıb.
Şahanə Ziyad

Sosial       Tarix: 15 oktyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur

Oktyabrın 13-də, saat 22:00 radələrindən dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb. bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir. Məlumat

Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: "Uşaqları ideologiyaya girov etmək cinayətdir

Azərbaycanda məktəblərdə hicab ətrafında davam edən müzakirələrə publisist Elmir Mirzəyev də münasibət bildirib. xəbər verir ki, publisist sosial şəbəkə hesabında paylaşım edərək dünyəvi dövlət prinsipləri və dini geyiml

Yusif Babanlı yeni şirkət yaratdı: 3 milyon manatlıq

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Türkan İdman Zalı" MMC-ni dövlət qeydiyyatına alıb. Report-a istinadla xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi

Gümüş bahalaşdı, qızıl ucuzlaşdı

Nyu-York birjasında gümüşün qiyməti artıb. xəbər verir ki, COMEX əmtəə birjasında gümüşün unsiya üzrə fyuçersləri isə 0.11% bahalaşaraq 61.11 ABŞ dolları təşkil edib. COMEX-də qızıl fyuçerslərinin dəyəri 0.14% azalaraq 4.21

Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub

Gəncədə 36 yaşlı oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən ata saxlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən O. Həsənov polis əməkdaşları tərəfindən tutulub. Hadisə zamanı daha bir nəfərin bıçaq xəsarəti aldığ

Reper Navainin anası danışdı: 'Oğlumu şərləyiblər

Qazaxıstanda saxlanılan reper Navainin anası Aynur Bəkirova oğlunun tezliklə azadlığa buraxıla biləcəyini bildirib. xəbər verir ki, Bəkirovanın sözlərinə görə, musiqiçinin nümayəndələri ona vəziyyətin həll olunduğunu və cidd

AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib

Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, federasiyanın prezidenti vəzifəsinə AAYDA-nın sədri Vüsal Nəsirli

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd

Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?

Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illi


son xeberler yeni xeberler azerbaycan xeberleri cebheden xeberler futbol xeberleri cəbhədən canlı kriminal xeber