"Türkiyə şirkətlərinə Azərbaycanda geniş imkanlar yaradılıb" – Eldəniz Əmirov

Qardaşlar arasında söz-söhbət də olar, narazılıq da. Amma qardaş elə qardaşdır. Bu birincisi.
İkincisi isə heç biz də pis qardaş deyilik. Biz qardaşlığı ən yaxşı yerinə yetiririk.
İnanmayan ardını oxusun.
Azərbaycan öz cibindən 100 milyon dollar xərcləyib Qəhrəmanmaraşda yaşayış məhəlləsi saldı. Türkiyə bizim işğaldan azad olunmuş ərazilərimizdə öz hesabına belə bir məhəllə saldımı? Yox. Əksinə, Azərbaycan həmin ərazilərə indiyə qədər 28 milyard manat xərcləyib. Bu vəsaitin kifayət qədər hissəsi Türkiyə şirkətlərinin icra etdiyi layihələrə yönəlib. Onlara imkan yaradılıb ki, gəlib bizim torpaqlarımızda işləsinlər, pul qazansınlar. Hətta əllərinin altında fəhlə işlətdiyi bizim vətəndaşlara yuxarıdan aşağı baxaraq, bəzi hallarda haqlarına girərək.
Bu gün Azərbaycanda 7 minə yaxın Türkiyə şirkəti qeydiyyatdan keçib. Geniş imkanlardan istifadə edirlər. Hətta bəzi şirkətlərin elə ölkəmizin digər ərazilərində də azərbaycanlı işçilərə münasibəti də heç ürəkaçan deyil. Niyə? Çünki, özlərini qardaş evindəki kimi rahat hiss edirlər.
Azərbaycan Türkiyəyə 21,1 milyard dollar investisiya yatırıb. Bu, ölkəmizin hazırkı ÜDM-nin təxminən 28%-i qədərdir. Türkiyədə neft emalı, neft-kimya müəssisələri qurub, minlərlə iş yeri yaradıb.
Türkiyə isə Azərbaycana öz ÜDM-nın cəmi 1,2 %-i qədər pul yatırıb. Nisbətlərin müqayisəsində təxminən 23 dəfə fərq var.
2025-ci ildə Azərbaycan Türkiyəyə cəmi 597 milyon dollarlıq qeyri-neft məhsulu satıb. Türkiyə isə Azərbaycana 2,34 milyard dollarlıq məhsul ixrac edib. Neft-qaz istisna olmaqla, təxminən 4 dəfə çox onlar bizdən qazanıb.
Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir. Təkcə Türkiyəyə satdığı qaz ümumi ixracımızın 38%-ni təşkil edir. Yəni hamı Azərbaycandan qaz istədiyi bir vaxtda Azərbaycan digər 15 ölkəyə 60%-ni, tək Türkiyəyə 40%-ni satır.
Özü də hansı qiymətə? 2025-ci ildə Türkiyəyə satdığımız qazın 1000 kubmetrinin orta qiyməti 269 dollar, İtaliyaya satdığımızın isə 475 dollar olub. Yəni Türkiyə Azərbaycan qazını İtaliyadan təxminən 43 % aşağı qiymətə alıb.
Odur ki, bizi hansısa məqsədlər üçün qınamaq, Azərbaycanın bu qədər yaxşılığını görməzdən gəlmək günahdır.
Belə də ki, qardaşlar yenə qardaşdır. Sadəcə, kiçik bir iqtisadi təhlillə göstərmək istədim ki, biz qardaşlığı hər kəsin edə bilməyəcəyi səviyyədə edirik. Amma bu günlər də geridə qalacaq, biz yenə qardaş olacağıq. Ona görə də bu mərhələni səbirlə adlamaq lazımdır.
Eldəniz Əmirov,
İqtisadçı / konkret.az

Sosial       Tarix: 14 oktyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Pensiya kapitallarında niyə dəyişiklik edilib?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb. DSMF-dən -a verilən məlumata görə, pensiy

"Türkiyə şirkətlərinə Azərbaycanda geniş imkanlar yaradılıb" – Eldəniz Əmirov

Qardaşlar arasında söz-söhbət də olar, narazılıq da. Amma qardaş elə qardaşdır. Bu birincisi. İkincisi isə heç biz də pis qardaş deyilik. Biz qardaşlığı ən yaxşı yerinə yetiririk. İnanmayan ardını oxusun. Azərbaycan öz cibində

Cəbrayılda 2-ci mina partlayışı hadisəsi baş verib

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verir ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində 2026-cı i

Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb

Ağcabədidə balıq tutmağa gedən Laçın sakini gölməçədə boğularaq həyatını itirib. Hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən Axmaz gölməçəsində baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini, hazırd

Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər

"Bəzi kolleclərin müəyyən universitetlərin tərkibinə daxil edilməsi, digər kolleclərin isə ləğv olunması nəzərdə tutulur". xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov və -

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət:. 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar"

40 yaşlı kişinin evindən meyiti tapıldı

Gəncədə 40 yaşlı kişinin meyiti tapılıb. Hadisə şəhər ərazisindəki evlərdən birində qeydə alınıb. Belə ki, şəhər sakini, 1986-cı il təvəllüdlü Ramal Novruzlunun üzərində zorakılıq əlamətləri olmayan meyiti ailəsi tərəfində

Sabah'ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Oktyabrın 13-də "Sabah" futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Bu barədə -a Rəqəmsal İnkişa

Diqqət! Banklar bu şəxslərə kredit verməyəcək

Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən fiziki şəxslərə kreditlərin verilməsi "Banklar haqqında" Azərbaycan Respublikasının Qanunu, Mərkəzi Bankın normativ xarakterli aktları v


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən ən son xəbər xəbərlər qurban bayrami 2026 cəbhədən xəbərlər