Müğənni ağır qəzaya düşdü: 6 nəfərdən təkcə özü sağ qaldı - FOTO

Müğənni ağır qəzaya düşdü: 6 nəfərdən təkcə özü sağ qaldı - FOTOTanınmış gənc müğənni Ülviyə Sədaqət uzun illərdən sonra ATV telekanalında Nanə Ağamalıyevanın verlişinin qonağı olub.
KONKRET.az xəbər verir ki, xanım müğənni uzun illər efirlərdən uzaq düşməsinin acı səbəbini açıqlayıb.
Bir zamanlar perespektiv vəd edən səs sahibi kimi göstərilən Ülviyə uzun zamandır efirdə olmamasının səbəbi barədə danışarkən məlum olub ki, müğənni 13 il əvvəl ağır qəzada anasını itirib:
"Bu hadisə 2010-cu ildə baş verib. Anamı bütün sənət adamları, bütün televiziya işçiləri tanıyırdı. Çünki hər yerə anamla gedirdim. Televiziya Muğam Müsabiqəsində də o insanın mənə görə necə təlaş, həyəcan içərisində olduğunu hər kəs bilirdi. Bu hadisə də hamıya təsir etdi.
Həmin gün bir toy şənliyinə qatılmışdım, oradan geri dönərkən avtomobil qəzasında anam dünyasın dəyişdi. Özüm də 14 gün komada qaldım. Sükan arxasında da mən özüm idim. Qəza Qala yolunda "4 yol" deyilən ərazidə baş verdi. Mən 90 sürətlə gəlirdim, 200 sürətlə də digər avtomobil qarşı yoldan bizim üstümüzə gəldi.
Qabaqda mənim yanımda qonşumuz əyləşmişdi, anam mən tərəfdən arxada əyləşmişdi. Qarşı avtomobilin sürücüsü içkili vəziyyətdə olub. Hadisədən sonra məni aparmışdılar Sabunçu xəstəxanasına (3 saylı xəstəxana), orada demişdilər ki, heçnəyi yoxdur. Amma kapilyarlar hamısı partlamışdı (daxili qanaxma), beynimə zəhərlənmə vermişdi. O vəziyyətdə anamı dəfn etmişəm. Dəfn edəndə də elə yerə yıxılmışam. Onunla da artıq heçnə xatırlamıram. Aparıblar "Semaşko"ya (1 saylı şəhər klinikası), əməliyyat olundum, 14 gün komada qaldım.
Həkim atamı çağırıb demişdi ki, "Ümid yoxdur sağ qalmağına, biz əlimizdən gələni etmişik, ümid sadəcə qalıb Allaha". Mən ikinci dəfədir həyata dönmüşəm.
Bizi vuran avtomobildəki şəxslərdə, mənim idarə etdiyim maşındakı şəxslər də anam qarışıq dünyasını dəyişdi. 6 nəfərin içində birdənə sağ qalan mən oldum. Buna görə mən sənətdən də uzaqlaşdım".
Müğənni ağır qəzaya düşdü: 6 nəfərdən təkcə özü sağ qaldı - FOTOMüğənni ağır qəzaya düşdü: 6 nəfərdən təkcə özü sağ qaldı - FOTO

Hadisə       Tarix: 25 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Tovuzda 46 yaşlı kişini maşın vurdu

Tovuzda piyadanı maşın vurub. xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Asif Ələsgərovu avtomobil vurub. Piyadanın vəziyyəti ağır qiymətləndirilir. Hadis

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı

Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonu

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi

Paytaxtın Xətai rayonunda kafelərin birində "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Ceyhun Mirağayevin ölümü ilə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısına çıxarılıb. -ınəldə etdiyi məlumata görə, ölüml

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo


azerbaycan xeberleri yeni xeberler son xeberler dunya xeberleri ən son xəbərlər xeberler bu gun sonxeberler