Müğənnilərə fəxri adlar pulla satılıb? - Mədəniyyət Nazirliyindən açıqlama
Müğənni Təranə Qumral fəxri adlarla bağlı verdiyi açıqlama ilə diqqət çəkib.
azxeber.com xəbər verir ki, o ARB TV-də "Günə bax" verilişində deyib ki, ona fəxri adı pulla satmaq istəyiblər:
"Bir müddət əvvəl fəxri adlar pulla satılırdı. Deyirdilər ki, bu qədər ödə, sizə "Əməkdar artist" adı verək. Biz heç vaxt buna getmədik. Düşündük ki, dövlət nə zaman istəyər, onda da verər. Bu, qanun çərçivəsində olmalıdır. Titullar necə özbaşına verilə bilər?".
Qumralın açıqlaması birmənalı qarşılanmayıb və sosial şəbəkədə müzakirələrə səbəb olub.
Bəs kimlərdir fəxri adı satanlar? Mədəniyyət Nazirliyi bununla bağlı araşdırma aparıbmı?
Musavat.com mövzu ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlayıb.
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova bildirib ki, müğənninin dedikləri sadəcə sözlərdən ibarətdir:
"Bu xanımın bu formada dediyini biz nə əsasında və necə araşdıraq? Sadəcə sözdür. Əgər doğrudan fəxri adın ona satılacağı deyilibsə, uyğun orqana niyə müraciət etməyib? Amma mən yenə də araşdırılması üçün yönləndirərəm"

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Ferhat Göçer Bakıda konsert verəcək