Müharibə daha geniş cəbhədə davam edəcək - Politoloqdan AÇIQLAMA
Rusiyanın Ukraynada apardığı işğalçı müharibə iki aydan çoxdur davam edir. Müharibənin başladığı gündən etibarən rus qoşunları yüzlərlə günahsız insanı qətlə yetirib, ev-eşiklərindən didərgin alıb. Lakin buna baxmayaraq ukraynalılar öz vətəni uğrunda qəhrəmancasına savaşır. Onların bu mübarizəsi deyəsən işğalçının inadını qırmağı bacarıb. Belə ki, ABŞ Müdafiə Nazirliyi bildirir ki, Rusiya qoşunlarının bir hissəsini Mariupoldan çıxarır. Pentaqonun məlumatına əsasən Rusiyanın bəzi bölmələri Mariupolu tərk edərək şimal-qərbə doğru irəliləyir. Müdafiə departamentinin rəsmisi qeyd edib ki, Rusiya hərbçiləri Mariupola tam nəzarət etmir və buna görə də onlar həm raket, həm də hava zərbələri endirməkdə davam edir.
Bəs görəsən, Pentaqonun bu məlumatı nə dərəcədə doğrudur? Rusiya iki aydan çoxdur mübarizə apardığı bir şəhərdən niyə imtina edir?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarına politoloq Fəqani Məhərrəmli cavab verib. O bildirib ki, Pentqaonun yaydığı bu məlumatlar həqiqəti əks etdirmir:
"Bütün müharibələrdə, xüsusən 21-ci əsrin müharibələrində informasiya və dezinformasiya savaşı mühüm rol oynayır."Hibrid savaş" adı verilən modern müharibələrdə tərəflər dezinformasiya metodlarına cox üstünlük verirlər. Rusiya-Ukrayna müharibəsində bu savaş növü, yəni informasiya savaşı cəbhə savaşları qədər önəm qazanıb.ABŞ müdafiə nazirliyinin rus qoşunlarının Mariupoldan çıxması xəbərinə də məhz informasiya savaşının tərkib hissəsi kimi baxmaq lazımdır. Rusiya Ukrayna məsələsinə ölüm, qalım məsələsi kimi yanaşır. Şimal qonşumuz öz xoşuna nəinki Mariupoldan çıxmayacaq, hətta daha irəliyə, Odessa istiqamətinə doğru hərəkət edəcək".
Politoloq bildirib ki, müharibə daha geniş cəbhədə davam edəcək:
"Mariupol Azov dənizi sahilində ən önəmli limandır. Yəni Mariupol kimin nəzarətindədirsə, Azov dənizinə də o nəzarət edəcək. Onun nə qədər strateji bir liman şəhəri olduğunu son aylarda şəhər uğrunda gedən döyüşlərin şiddəti də təsdiqləyir. Ruslar bir xeyli əvvəl geri çəkildikləri şimal-qərb istiqamətinə yenidən əlavə qoşun növləri yeridə bilərlər. Amma bu Mariupoldan çəkilmək anlamına gəlməz. Dünən gecə rus raketlərinin Kiyevin mərkəzini vurması da göstərir ki, müharibə daha geniş cəbhədə,daha şiddətlə davam edəcək".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi