Müharibə digər ölkələrə sıçraya bilərmi? - 'Üçüncü dünya müharibəsi hər an başlaya bilər

Müharibə digər ölkələrə sıçraya bilərmi? - 'Üçüncü dünya müharibəsi hər an başlaya bilərİsrail - Fələstin müharibəsinin arealı genişlənir. Müharibə nəticəsində minlərlə dinc sakin və turist həlak olub. Bu münaqişə artıq digər qonşu dövlətlərə də təsir etməyə başlayıb. Belə ki, İsraillə Livan arasında da gərginlik artmaqdadır. 
Dünya ölkələri arasında da mövcud konfiliktlə bağlı ikitiryəlik mövcuddur. Bir qrup ölkə İsraili, bir qrup isə HƏMAS-ın mövqeyini müdafiə edir. Bəs sözügedən qarşıdurma 3-cü dünya müharibəsinin carçısı ola bilərmi?
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov azxeber.com-a açıqlamasında bildirib ki, bu müharibədə ərəb dövlətləri öz maraqlarını təmin edirlər:
Müharibə digər ölkələrə sıçraya bilərmi? - 'Üçüncü dünya müharibəsi hər an başlaya bilər"İsrail-Fələstin müharibəsi artıq ətrafına digər dövlətləri də toplayır və məlumdur ki, bu münaqişədə güclü və regional iştirakçılar öz maraqlarını təmin etmək istəyirlər. Burada ərəb dünyası ilə yanaşı Avropa, ABŞ, İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Fransa kimi ölkələrin maraqları kəsişir. Bu münaqişədə ərəb dünyası özü də yeknəsəq deyil. Ərəb ölkələri içərisində də İsrail və Fələstini dəstəkləyən dövlətlər mövcuddur. Amma bir mühüm məqamı qeyd etmək lazımdır ki, son dövrlər İsrail ərəb dünyası ilə yaxınlaşmağa başlamış, hətta bir sıra ölkələrdə səfirliklər açmışdı. Bütün bunlara baxmayaraq, hazırkı vəziyyət ərəb dünyasında təmsil olunan dövlətləri düşünməyə vadar edir".
Siyasi şərhçi bildirib ki, 3-cü dünya müharibəsinin başlanması üçün daha hansısa böyük bir addıma ehtiyac yoxdur:
"Yaxın Şərqdən vacib nəqliyyat dəhlizləri keçir. Bu, dəhlizlər üzərində də bir nəzarət müharibəsidir. Həm də Rusiya-Ukrayna müharibəsi fonunda sözügedən münaqişənin də alovlanması bir çox ekspertlərin qənaətinə görə, 3-cü dünya müharibəsi anonsunu yaradır. Artıq əminliklə söyləmək olar ki, 3-cü dünya müharibəsinin başlanması üçün hər hansısa böyük bir addıma ehtiyac yoxdur. Bu müharibəni 3-cü dünya müharibəsinin carçısı kimi xarakterizə etmək olar. Dondurulmuş münaqişələr, yaddan çıxmış konfliktlər də yenidən bərqərar olur. Bu xüsusda Azərbaycan da öz təhlükəsizliyini təmin etməlidir. Məhz lokal xarakterli antiterror tədbirləri göstərdi ki, Azərbaycan öz Konstitusiya quruluşunun bütövlüyünü və suverenliyini təmin etməklə qlobal təhdidlərə və çağırışlara da hazırlıqlıdır".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 10 oktyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib. xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Pakistanı

Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yəmənin üsyançı "Ənsar Allah" husi hərəkatı ilə daimi əlaqə saxladığını bildirib. "Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə telekanalın efirind

Putin Paşinyanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı Müstəqillik Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında məlumat yayılıb. "Hörmətli Nikol Vovayeviç

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar

Putinin partiyası nə qədər səs toplayıb?

Bülletenlərin 90,43%-nin sayılmasından sonra Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərin federal seçki dairəsi üzrə səslərin 57,86%-ni qazanıb. xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın. xəbər verir ki

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb. xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib. "Azərbaycan

Qarabağ əməliyyatından Vaşinqton razılaşmasına gedən yol: Nələr dəyişdi? 

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı ölkənin dövlətçilik tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Əməliyyat nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyini


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər xeber.az 2026 xeberler bugun son xəbər