Müharibə dövründə Rusiyadan Ermənistana silah tədarükünün yollarını izləyirdik

Müharibə dövründə Rusiyadan Ermənistana silah tədarükünün yollarını izləyirdik"Ermənistanda Qarabağdakı müharibəyə Rusiyanın müdaxilə edəcəyinə dair böyük gözləntilər vardı, amma belə olmadı. Çünki Azərbaycan öz ərazisində vuruşurdu".
azxeber.com xəbər verir ki, bunu Prezident İlham Əliyev "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə bildirib.
Dövlət başçısı qeyd edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşlarından istifadə edərək onları da münaqişəyə çəkməyə çalışıb. Amma həmin təşkilatın mandatı iştirakçı ölkələrin yalnız öz ərazisində xarici təhlükəyə qarşı müdafiəsini nəzərdə tutur.
"Biz öz ərazimizdə vuruşurduq. Ona görə də həmin məsələ baş tutmadı. Amma hamımız bildiyimiz kimi, 44 günlük müharibə boyu mütəmadi olaraq gündə bir neçə dəfə Rusiyadan Ermənistana silahla dolu yük təyyarələri gəlirdi. Biz Rostovdan, Mozdokdan bütün yolları izləyirdik. Biz gürcü dostlarımızdan hava məkanlarını bağlamalarını istədik, onlar da bunu etdilər. Biz gürcü dostlarımızdan Rusiyadan Ermənistana Gürcüstan vasitəsilə silah daşımalarında istifadə olna bilən yerüstü yolunu da bağlamağı istədik, bunu da etdilər, ona görə onlara minnətdarıq. Xəzər sahili ölkələrin hamısına Rusiyadan silah yüklü təyyarələri Ermənistana buraxmamaları üçün məktub göndərdik. Bu məktubları Qazaxıstana, Türkmənistana, İrana göndərdik", - deyən Prezident təəssüflə əlavə edib ki, həmin təyyarələr Ermənistana sözügedən ölkələr üzərindən uçurdu.
"Belə olub, 44 günlük müharibənin bu üzünü gizləməli deyilik. Amma Ermənistanın gözləntiləri daha çox olub. Onlar elə bilirdi ki, Rusiya ordusu gəlib vuruşmalı, separatçılığı müdafiə etməlidir. Amma bunlar baş vermədi", - deyən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu da Ermənistanda məyusluqğa səbəb oldu, çünki illər ərzində onlarda belə bir arxayınlıq yaranmişdı ki, hamı onlara borcludur, onlar üçün vuruşacaqlar, onlara pul verəcəklər. Hər bir ölkənin tarixində faciəli məqamlar var. Onların əsas problemi budur ki, ideologiyalarını məhz bunun üzərində qurublar.

Siyasi       Tarix: 29 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi futbol xeberleri son xeberler bu gun cəbhədən son məlumat