Müharibədə iştirak etdi, intihar etmək istədi - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? + FOTO

Müharibədə iştirak etdi, intihar etmək istədi - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? + FOTOMüharibədə iştirak etdi, intihar etmək istədi - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? + FOTO
Bu gün estrada müğənnisi, Xalq artisti Aygün Kazımovanın ad günüdür. Kulis.az bu münasibətlə onun haqqında on maraqlı faktı təqdim edir.
Aygün Ələsgər qızı Kazımova 26 yanvar 1971-ci ildə Bakı şəhəri Nizami rayonunda dünyaya gəlib. Atası Ələsgər Kazımov Naxçıvan Muxtar Respublikası Sədərək rayonundan, anası Fizzə Kazımova İrəvan mahalı Zəngibasar rayonu Seyidlər kəndindəndir. Aygün ailənin dördüncü - sonuncu övladıdır. Uşaqlıqda pika xəstəliyindən əziyyət çəkib. İfaçı bu xəstəliyi barədə ilk dəfə 2015-ci ildə Xəzər TV-də yayımlanan "Körpü şou"da qonaq olduğu zaman etiraf edib.
Müharibədə iştirak etdi, intihar etmək istədi - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? + FOTOHələ orta məktəbdə təhsil alarkən o, həndbol üzrə yığma komandanın qapıçısı və kapitanı olub. Aygünün həndbol komandasında iştirakı və komanda yoldaşları ilə oyunları yığmanın bir çox uğurlar qazanmasına səbəb olub. İlk dəfə böyük səhnəyə 9-cu sinifdə oxuyan zaman "Ozan" qrupunun solisti olaraq çıxıb.
Müğənni 1989-cu ildə İlqar adlı oğlanla tanış olub. Bir-birilərini sevən gənclər ailə qurmaq qərarına gəliblər. İş elə gətirib ki, Aygün həmin ilin dekabr ayında İlqara qoşulub evdən qaçıb. 1990-cı ilin 7 oktyabrında qızı İlqarə Kazımova dünyaya gəlib. Ancaq bu evliliyin ömrü uzun çəkməyib. Bir il sonra Aygün Kazımova həyat yoldaşından ayrılıb. Buna əsas səbəb isə, həyat yoldaşının Aygünə səhnə qadağası qoyması, bu səbəbdən Aygünü hər gün incitməsi olub.
Müharibədə iştirak etdi, intihar etmək istədi - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? + FOTOAygün Birinci Qarabağ müharibəsində tibb bacısı kimi könüllü olaraq iştirak edib. Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə təxminən 1 ay hərbçilərə tibbi yardım göstərib. Elə həmin dövrdə anası Fizzə xanım vəfat edib və Aygün Kazımova depressiyaya düşüb. Bir müddət səhnəyə və şou proqramlara çıxmaqdan imtina edib.
"İtkin gəlin" serialı üçün yazılan eyniadlı mahnını ifa edəndən sonra böyük tamaşaçı kütləsi tərəfindən tanınıb. Bu mahnı Aygün Kazımovanın ilk lirik ifasıdır. O, müsahibələrinin birində mahnını oxumaq istəməsə də, sonradan mahnının müəllifi Cavanşir Quliyevin istəyi ilə fikrini dəyişib.
Müharibədə iştirak etdi, intihar etmək istədi - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? + FOTO1996-cı ildə Gəncə şəhərində ilk solo konsertini verib. Aygün Kazımova ilk konsertindən cəmi 1 manat qazanıb.
2002-ci ildə Sankt-Peterburqa yola düşən Aygün çox böyük bir riskə əl atıb. 8 saatlıq plastik əməliyyata həyatı bahasına olsa belə, razılıq verib. Bu əməliyyat Aygünün son nəfəsi bahasına başa gələ bilərdi. Ona görə də Aygün rejissorluğunu Ülviyyə Könülün etdiyi Xanım İsmayılqızının "Tez gəl" mahnısına çəkilən klipdə əməliyyatın görüntülərindən istifadə olunmasını vəsiyyət edib. Azərbaycanda ilk sinə əməliyyatı keçirən müğənni olub. O, ən çox plastik əməliyyat etdirən azərbaycanlı sənətçi kimi tarixə düşüb. Sənətçi 30 dəfədən çox cərrah masasına uzanıb. Buna görə onu sənət fədaisi hesab edirlər.
Müharibədə iştirak etdi, intihar etmək istədi - Aygün Kazımovanın vəsiyyəti nə olmuşdu? + FOTOMeyxanaçı Namiq Qaraçuxurlu ilə "Sevdi ürək" adlı ilk dueti böyük marağa səbəb olub. Bir müddət sonra meyxanaçı Namiq Qaraçuxurlu ilə eşq yaşamağa başlayıb.
2010-cu ildə Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun münasibətlərində problemlər yaranıb və bu, Aygün Kazımovanı depressiyaya salıb. Uzun müddət özünə gələ bilməyən "Diva" ləqəbli müğənni sonradan özünü ələ alıb və ard-arda hitlər təqdim edib.
2015-ci ildə "Big Apple Music Awards" musiqi mükafatına namizəd olub. Lakin ayağına gələn uğuru tərəddüdsüz rədd edərək "Big Apple Music Awards"dan imtina edib. Buna səbəb isə təşkilatçıların erməni olması idi.
Azərbaycanda ən çox səs-küyə səbəb olan klipə imza atıb. 2017-ci ildə müğənninin "S.U.S." mahnısına çəkdirdiyi klip böyük bir ajiotaja səbəb olub. O, burada əxlaqsız qadın obrazını canlandırıb... / oxu.az

Şou Biznes       Tarix: 27 yanvar 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb. Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozu

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə


azerbaycan xeberleri son xeberler yeni xeberler siyaseti xeberler bugun maşın realiti şou hava haqqinda xabar az