Muharrem İnce namizədliyini geri götürəcək? - ÖZÜ AÇIQLADI
Türkiyədə prezident seçkilərində mübarizə aparacaq Məmləkət Partiyasının sədri Muharrem İnce namizədliyini geri götürəcəyi barədə məsələyə aydınlıq gətirib.
KONKRET.az "Milliyet"ə istinadən xəbər verir ki, İnce bu barədə ötən gün prezidentliyə namizəd Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ilə baş tutan görüşündən sonra jurnalistlərə açıqlamasında danışıb.
"Namizədliyimi geri götürəcəyim barədə heç nə deməmişəm. Koroğlu kimi döyüşürük. Bütün PKK-çılar, qaçaq FETÖ-çülər, bir sözlə hamı sağdan-soldan bizə atəş açır. Biz də Koroğlu kimi vuruşmağa davam edəcəyik", – deyə siyasətçi bildirib.
Qeyd edək ki, M. İnce bir müddət öncə Kılıçdaroğlunun xeyrinə seçkilərdən geri çəkilə biləcəyini açıqlamışdı.
Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-ü keçiriləcək.
Ölkənin hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, CHP sədri Kamal Kılıçdaroğlu, Məmləkət Partiyasının sədri Muharrem İnce və ATA İttifaqının namizədi Sinan Oğan prezident seçkilərində mübarizə aparacaqlar.
Xidmetler [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir