Münaqişə Qarabağ səviyyəsindən çıxır - Tofiq Zülfüqarovdan İLGİNC AÇIQLAMA

Münaqişə Qarabağ səviyyəsindən çıxır - Tofiq Zülfüqarovdan İLGİNC AÇIQLAMACənubi Qafqazda geosiyasi vəziyyətin yaratdığı reallıq Azərbaycanın xeyrinə inkişaf etdikcə, regionda maraqlı qüvvələrin rolu da dəyişir. Münaqişənin həll olunma mexanizminin əngəllənməsi də həmin qüvvələrin maraqlarına xidmət edir.
Məsələ ilə bağlı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun fikirlərini öyrəndik.
Münaqişə Qarabağ səviyyəsindən çıxır - Tofiq Zülfüqarovdan İLGİNC AÇIQLAMAKONKRET.az-a açıqlamasında politoloq bildirdi ki, regionda öz maraqlarını təmin etməyə çalışan qüvvələr var:
"Məqsəd heç də əraziləri Ermənistana və ya Azərbaycana vermək deyil. Proseslərin inkişafı göstərir ki, münaqişə bitməməli və onlar regionu idarə etməlidirlər. Rusiya burada öz siyasətini aparır və münaqişəni "işlək" vəziyyətdə saxlamaq istəyir. Münaqişənin davam etməsi Rusiyanın xeyrinədir. Bu məsələdə fəal tərəf sayılan Fransa və İranın da maraqları az deyil, məqsədləri də bəllidir. Bir tendensiyanı da qeyd eləmək yerinə düşər. Cənubi Qafqazda münaqişə ocaqlarının çoxalması həmin qüvvələrin maraqlarına uyğundur və onlar da buna çalışırlar. İndi Qarabağla yanaşı Zəngəzur münaqişə zonası da yaranıb. Ermənistan-Azərbaycan münaqişəsi ilk növbədə Qarabağ münaqişəsi kimi tarixə düşüb. İndi isə Ermənistan Azərbaycan münaqişəsi şəklində təqdim edilir. Deməli, Qarabağla Zəngəzur mövzusu eyni səviyyədə paralelləşdirilib.
Proseslər göstərir ki, yaxın gələcəkdə Qarabağ zonasından münaqişə sərhəddə keçəcək. Sərhəd deyəndə biz hazırkı şərti sərhəddi nəzərdə tutmuruq. Və elə güman edilməsin ki, bu hansısa sərhəd xətti üzərində baş verəcək. Danışıqlar nəticəsində bəlli olub ki, sərhədlə bağlı tərəflərin müxtəlif fikirləri var. Misal üçün 1991-ci ilin Almatı prinsiplərini tərəflər qəbul edir. Amma o vaxtlara aid sərhəddi qəbul eləmək istəmir. İlk növbədə ona görə ki, Ermənistan vaxtı ilə bu sərhəddən imtina edib və Azərbaycana qarşı rəsmən ərazi iddiaları qaldırıb. İndi münaqişə iki ölkə arasında, daha çox sərhəd üzərində olan münaqişəyə dönüb. Xaricdəki qüvvələr də indi o qənaətdədirlər ki, Qarabağda olan münaqişə zonasını saxlamaq üçün çoxlu sayda vəsait lazımdır. Çünki münaqişənin əsas oyunçuları orada qalan ermənilərdir.
Onları münaqişə əhval-ruhiyyəsində saxlamaq üçün həm maliyyə, həm hərbi, həm də siyasi potensial lazımdır. Bundan qabaq bu dəstəyi əsasən Rusiya verirdi. İndi Rusiya o vəziyyətdə deyil. Beynəlxalq qurumlar münaqişəni idarə etmək üçün daha çox sərhəd münaqişəsinə üstünlük verirlər. Çünki onun idarə olunması daha rahatdır. Orada əhalinin yaşamaması onların əl-qolunu açır.
Fikir verin, İran Zəngəzurda öz konsulluğunu açıb. İndi deyirlər Fransa konsulluq açmaq istəyir. Bundan qabaq Rusiya bəyan etmişdi ki, Qafanda konsulluq yaradır. İndi xəbərlər gəlir ki, Kanada Avropa İttifaqının missiyasına qoşulmaq istəyir. Artıq münaqişə addım-addım Qarabağdan sərhəddə keçir. Bu proses davam edəcək".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 22 iyul 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun cəbhədən xəbər cəbhədən ən son xəbərlər apa.az xeberler