Münhen görüşü məhsuldar və pozitiv keçib - Hikmət Hacıyev

Münhen görüşü məhsuldar və pozitiv keçib - Hikmət HacıyevSülh müqaviləsi sadəcə imzalanmaq naminə imzalanmamalıdır, sülhə nail olmaq üçün real niyyət lazımdır.
KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu 2024 çərçivəsində baş tutan "Cənubi Qafqazda Sülh, İnkişaf və Bağlantı" adlı paneldəki çıxışı zamanı bildirib.
O qeyd edib ki, sülh Bakı ilə İrəvan arasındadır, Paris, Brüssel və ya digər yerlərə bağlı deyil. İki ölkə bir araya gəlib sülh müqaviləsini imzalamalıdır.
Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz regionunun transformasiyasını, sülh, təhlükəsizlik və əməkdaşlıq bölgəsi olmasını istəyir.
Hikmət Hacıyev deyib ki, Ermənistanla Azərbaycan arasındakı sərhəd real sərhəd olmalıdır, qarşıdurma xətti olmamalıdır. Bununla bağlı Azərbaycan tərəfinin Ermənistandakı Avropa İttifaqı müşahidə missiyasının fəaliyyətinə dair açıq sualı var.
Onun sözlərinə görə, militarizasiyaya dair proqramlar artıq təşviq edilməməlidir.
"Azərbaycan Cənubi Qafqazda əlaqələndirmə xətlərinin inşasını davam etdirəcək. Bu prosesə Rusiya-Ukrayna müharibəsi səbəbindən deyil, çox illər əvvəl başlanılıb. Və biz Gürcüstan və Türkiyə ilə birlikdə real dəmir yolu komponenti inşa etmişik. Digər tərəfdən, Cənubi Qafqaz, Türkiyə, Qara dəniz və Xəzər dənizini əhatə edən enerji komponentini də inşa etmişik", – Hikmət Hacıyev qeyd edib.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan üçün Dağlıq Qarabağ adlı məsələ yoxdur və BMT-nin özünümüdəfiə haqqından istifadə edərək 30 il ərzində işğal altında olan ərazilərini azad edib.
"Azərbaycanın gündəliyi sülh və regional əməkdaşlıqdan ibarətdir. 2020-ci ildəki müharibədən sonra Azərbaycan Ermənistanla sülh müqaviləsinə dair 5 fundamental prinsip hazırlayıb. Tərəflər arasında diplomatik danışıqlar davam edir. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində liderlərin görüşü məhsuldar və pozitiv atmosferdə keçib", – o deyib.

Siyasi       Tarix: 02 mart 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind


son xeberler yeni xeberler azerbaycan xeberleri sou xeberler ən son xəbər valyuta mezenesi en son xeberler bu gun