Münxen konfransı - Azərbaycan diplomatiyasının, Prezident İlham Əliyevin böyük uğuru

Münxen konfransı - Azərbaycan diplomatiyasının, Prezident İlham Əliyevin böyük uğuru18 fevral 2023-cü il tarixdə Munxendə Təhlükəsizlik konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib. Plenar iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Həmçinin iclasda Gürcüstanın baş naziri İrakili  Qaribaşvili və Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edirdilər. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Hensgen iclasa sədrlik edirdi.
Tədbirdə Azərbaycan Prezidenti bu görüşün tarixi görüş olduğunu söylədi. 
Bu görüş nəinki Nikol Paşinyanın, ümumiyyətlə,  erməni diplomatiyasının növbəti uğursuzluğu ilə yadda qaldı. Nikol Paşniyanın heç bir əsası olmayan sərsəm cavablarını Ermənistandan olan politoloqlar belə pislədilər. Ermənistan baş naziri özü müstəqil qərar verə bilmir. Ermənilərə xas olan xislətlə hər dəfə bir ölkənin ətəyindən yapışır. İndi də Fransanın ətəyidən yapışıblar.
Verilən suallara Nikol Paşinyan yazıq paltarında, havadarlarının təsiri ilə ikiüzlü cavablar verirdi. O, konkret və sadə suallardan yayınaraq  Qarabağda humanitar böhranın baş verməsi, Laçın dəhlizinin 70 gündür bağlı olması, uşaqlarla dolu avtobusa maskalıların təzyiq etməsi, qaz təchizatının kəsilməsi kimi yalanları ilə bir daha öz səhv versiyasını ortaya qoydu.
Prezident İlham Əliyev isə cavabında  regionda vəziyyətə yanaşmanın iki istiqaməti olduğunu söylədi. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikinci isə Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanda "Dağlıq Qarabağ"  adlı inzibati ərazi yoxdur, əslində bu rus sözüdür. Azərbaycanda belə inzibati vahid yoxdur. Bu termin Azərbaycanın suverinliyinə və Konstitusiyasına hörmətsizlikdir. Azərbaycan çoxmillətli ölkədir. Biz bütün millətlərə hörmətlə yanaşırıq. Eyni zaman da Qarabağ rayonunda yaşayan erminilərlə də. Onların hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparmağa hazırıq. Yol açıqdır. Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, onları heç kim dayandırmyacaq.
Hazırki vəziyyəti qiymətləndirən cənab Prezident bildirdi ki, 30 il ərzində torpaqlarımız Ermənistan işğalında olub. BMT Təhlükəsizlik Şurası qətnamə qəbul etsə də heç birinə əməl olunmayıb və bu illər ərzində işğalçı Ermənistana qarşı heç bir sanksiya  tətbiq olunmadı.
Biz ərazi bütovlüyümüzü, ləyaqətimizi, ədaləti bərpa etmək üçün 3000 can verdik. İşğaldan azad edilmiş torpaqlarımızın xarabazalığa çevrildiyini gördük. Məscidlərimizi dağıdılmış, təhqir edilmiş gördük.
2020-ci il noyabr tarixli üçtərəfli  bəyanat əslində de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır.
Baş nazir Nikol Paşinyan Prezident İlham Əliyevin dərin zəkası, yüksək diplomatik bacarığı qarşısında təkrar aciz qalaraq yenə də sərsəm fikirlərlə çıxış etdi. Gah sovet dövrünə qayıtdı, gah özlərinin qisas və nifrət siyasətini Azərbaycanın üstünə atmağa çalışdı. Münxen konfransı Azərbaycan diplomatiyasının, cənab Prezident İlham Əliyevin böyük uğuru idi. Ermənistan diplomatiyası isə, ermənilərin özlərinin etiraf etdiyi kimi, Paşinyanın növbəti uğursuzluğu idi.
Təyyibə Hüseynova
Abşeron rayonu, Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru, 
Azərbaycan Respublikasının "Əməkdar müəllimi" / azxeber.com

Siyasi       Tarix: 23 fevral 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


son xeberler azerbaycan xeberleri yeni xeberler krimnal xeber cəbhədən görüntüleri ən son xəbərlər bugün cəbhədən son durum