Murad Arif Prezidentlə görüşündən danışdı: Çox xoşbəxtəm ki

Murad Arif Prezidentlə görüşündən danışdı: Çox xoşbəxtəm kiXəbər verdiyimiz kimi, ötən gün baş tutan "Füzuli şəhər günü" münasibətilə təşkil olunan tədbirlər unudulmaz hadisələrlə yadda qalıb.
Tədbir zamanı Dövlət Başçısı İlham Əliyev bir çox sənət adamları ilə bir araya gəlib səmimi söhbət edib.
Prezidentlə görüşdə iştirak edən bəstəkar-müğənni Murad Arif yaşadığı hissləri özəl olaraq azxeber.com-la bölüşüb:
"Bu möhtəşəm bir gün idi. Cənab Prezidenti canlı görmək, onun bu şanlı qələbəmizlə bağlı fikirlərini televiziyadan, radiodan, saytlardan deyil, canlı canlı dinləmək, onunla şəxsən tanış ola bilmək böyük bir sevincdir. Mən hesab edirəm ki, biz bu gün çox xoşbəxtik. Biz dedikdə - dünya azərbaycanlılarını, biz Qarabağlıları, Füzulililəri nəzərdə tuturam. Ölkəmizin ərazi bütövlüyünü təmin etməkdən vacib heç nə ola bilməz. Bir ölkənin bütün uğuru, nicatı yalnız bu həqiqətin üzərində dayanır. Bu günə qədər ümidlərimizə torpaqlarımızın işğal altında olması mane olurdu. Bundan sonra zənn edirəm ki, ölkəmizi yalnız gözəlliklər gözləyir."
Murad Arif belə bir günü onlara yaşadan tədbirin bütün təşkilatçılarına təşəkkür etməyi də unutmayıb: 
"Çox səmimi,mehriban bir ortam var idi. Düşünürəm ki, görüntülər də hər şeyi sübut edir. Çox sevinirəm ki, bu görüşü həyata keçirdilər. Öz adımdan və bütün həmkarlarım adından bu işdə əməyi olan Heydər Əliyev Fonduna və Mədəniyyət Nazirliyinə təşəkkürümü bildirirəm. Və əlbəttə ki, bu torpaqlara yenidən qayıtmaq, ora ayaq basmaq imkanını bizə verən Cənab Ali Baş Komandana təşəkkür edirəm. 
Aysel Hacızadə

Şou Biznes       Tarix: 18 oktyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist


yeni xeberler son xeberler azerbaycan xeberleri en yeni xeberler son xeberler az sou xeberler bugun maraqlı xəbərlər