Murad Əhmədiyev erməni rəqibinə qalib gəldi – Tarixi qələbə
Zaqrebdə keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında Azərbaycan idmançısı Murad Əhmədiyev möhtəşəm nəticə əldə edib.
KONKRET.az İdman.biz-ə istinadən xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən Əhmədiyev ilk görüşdə İtaliya təmsilçisi Nikoloz Kaxelaşvilini 4:1 hesabı ilə məğlub edib. Daha sonra o, qırğızıstanlı Uzur Cuzupbekovu 5:1 hesabı ilə üstələyib.
Əhmədiyev 1/4 finalda dünya və Avropa çempionu, erməni güləşçi Artur Aleksanyana qalib gələrək böyük sensasiyaya imza atıb. Görüş 3:3 hesabı ilə başa çatıb, lakin qaydalara əsasən sonuncu xalı qazanan azərbaycanlı pəhləvan olduğu üçün qələbə ona verilib. (Qeyd: Güləş qaydalarına əsasən, bərabərlikdə sonuncu xalı qazanan idmançı qalib elan olunur.)
Xatırladaq ki, 33 yaşlı Aleksanyan uzun illər bu çəki dərəcəsində hegemonluq edib və dəfələrlə Azərbaycan güləşçilərinə qarşı təxribatçı hərəkətləri ilə gündəmə gəlib. Bu qələbə Azərbaycan güləşçilərinin Aleksanyan üzərində ilk tarixi uğuru kimi yadda qaldı. Onun ən çox səs-küy doğuran addımı isə 2016-cı il Rio Olimpiadasında olub – Aleksanyan çempion olduqdan sonra mükafatlandırma mərasiminə Aprel döyüşlərində həlak olmuş erməni hərbçisinin şəkli olan köynəklə çıxmışdı.

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
Su bidonuna düşən 7 yaşlı uşaq öldü