Müşfiqin heykəlini sökdürən keçmiş sədr: Saleh Məmmədov hansı qalmaqalla yadda qaldı?
Xəbər verdiyimiz kimi, Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Müxtəlif dövrlərdə çıxışları və qərarları ilə gündəmə gələn keçmiş AAYDA sədri 2017-ci ildən bu vəzifəni icra edirdi. Dəfələrlə istefa verəcəyi ilə bağlı xəbərlər yayılsa da, S.Məmmədov təxminən doqquz il postunda qala bildi.
azxeber.com xəbər verir ki, S.Məmmədov vəzifəyə yeni təyin olunduğu 2017-ci ildə geniş ictimai rezonans doğuran qalmaqallı hadisə ilə gündəmə gəlmişdi.
Həmin il paytaxtın İnşaatçılar prospektində, "Statistika dairəsi" adlanan ərazidə yerləşən, qırmızı bolşevik terrorunun qurbanı olmuş görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin heykəlinin sökülməsi cəmiyyətdə ciddi narazılıq yaratmışdı.
Hadisəyə ilk sərt reaksiya verənlərdən biri Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva olmuşdu. O, baş verənləri vandalizm və barbarlıq kimi qiymətləndirmişdi.
Qalmaqaldan qısa müddət sonra müsahibə verən S.Məmmədov isə böyük səhvə yol verdiyini etiraf etmişdi. Keçmiş sədr "Bəli, səhv etmişik, yanlış qərar verilib. Bu işdə günahı olan şəxslər cəzalandırılıb. Tezliklə görkəmli şairimizin abidəsi yenidən ucaldılacaq" deyərək məsələyə aydınlıq gətirməyə çalışsa da, hadisə uzun müddət ictimai müzakirələrin mərkəzində qalmışdı.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma