Müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan Zəfər paradı

Müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan Zəfər paradıÖtən il dekabrın 10-da Bakıda keçirilən möhtəşəm Zəfər paradı ölkəmizin qüdrətini, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Bu, eyni zamanda, vətənimizin ərazi bütövlüyünün bərpasının təqdimatı idi. 
Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur. Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı da parada gətirilmişdir. Zəfər paradı ordumuzun qüdrətini, Ermənistanın necə rəzil günə düşdüyünü bir daha nümayiş etdirirdi.
Zəfər paradında əsas məqamlarından biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, o cümlədən digər rəsmi şəxslərinin iştirakı və Türkiyə hərbçilərinin nümunəvi keçidi idi.
İkinci Qarabağ müharibəsinin başlandığı ilk gündən Azərbaycan Türkiyənin qardaş dəstəyini gördü. Türkiyənin mənəvi dəstəyi Azərbaycan əsgərini Möhtəşəm Qələbəyə daha da ruhlandırdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyaya "Azərbaycan tək deyil" mesajını ünvanladı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər paradındakı çıxışında bir daha qeyd etdi ki, qardaş ölkənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün  birlikdə Zəfər paradında iştirak edərkən, bir daha birliyimizi xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk. Dövlət başçısı Zəfər paradının tarixi əhəmiyyətini də xüsusi vurğulayaraq bildirdi ki, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək bir gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik".
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə heç də asan başa gəlməyib. Bunun üçün Prezident İlham Əliyev davamlı və effektiv ordu quruculuğu həyata keçirib, ölkənin dayanıqlı iqtisadi inkişafının təmin olunması naminə düşünülmüş siyasət yürütmüşdür.
Artıq müharibənin başa çatmasından iki ildən artıq vaxt keçib. Bu gün erməni faşizminin yerlə-yeksan etdiyi şəhər və kəndlərimizdə həyata keçirilən quruculuq-abadlıq, tikinti  işlərinin miqyası günü-gündən genişlənir.
Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji bölgələri elan edib. Eyni zamanda həmin ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı nəzərdə tutulan layihələr icra olunmaqdadır. Bölgədə nəqliyyat kommunikasiyalarının bərpası, iqtisadi əlaqələrin yaradılması regionda uzunmüddətli sülh və təhlükəsizliyə töhfə olacaq. Azərbaycanın yaratdığı yeni reallıqlar regional sülh, sabitlik, təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir.
Zəfər paradı bir daha göstərdi ki, peşəkar ordusu olan xalq yenilməzdir və müstəqilliyi əbədidir. Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid vətən oğullarına minnətdarıq!
Bütün sahələrdə olduğu kimi cənab Prezidentin idmana və idmançılara qayğısı sayəsində bu gün gənclərimiz beynəlxalq arenada Azərbaycan bayrağını zirvələrdə dalğalandırır. Azərbaycan bu nailiyyəti, gücü prezident İlham Əliyevin qətyyəti sayəsində əldə edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilir. 44 günlük Vətən Müharibəsində Azərbaycan gəncləri misilsiz qəhrəmanlıqlar göstərdilər. Ali Baş Komandanın ətrafında sıx birləşərək vətən torpaqlarımızı işğaldan azad etdilər. Vətənpərvərlik ruhunda böyüyən gənclər cənab Prezidentimizin rəhbərliyi altında möhtəşəm bir tarix yazdı.
Elşad Əliyev
Kyokuşinkaykan Karate idman növü üzrə Dünya çempionu,
"Abşeron" komandasının baş məşqçisi / azxeber.com

Siyasi     Baxılıb: 232   Tarix: 09 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Səfirlik bəyanat yaydı: Prezidentin korteji otelə yaxınlaşarkən

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi 19 fevral 2026-cı il tarixində Vaşinqton şəhərində baş vermiş insidentlə bağlı bəyanat yayıb. KONKRET.azreport-a istinadla xəbər verir ki, bəyanatda bildirilir ki, fevralın 19-d

Anti-milli ünsürlər üçün müqəddəs dəyər, milli maraq anlayışı yoxdur

"Vaşinqtonda baş verən hadisə göstərdi ki, anti-milli ünsürlər üçün müqəddəs dəyər, milli maraq anlayışı yoxdur". Bu sözləri -a açıqlamasında bu "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhç

Onlar Azərbaycan vətəndaşı olsalar da, başqalarının çaldığı zurnaya oynayırlar

"Xaricdə yaşayan sürüşkən ünsürlər Azərbaycan vətəndaşı olsalar da, başqalarının çaldığı zurnaya oynayırlar". Bu sözləri -a açıqlmasında politoloq Tofiq Abbasov deyib. . O qeyd edib ki, Azərbaycanın nüfuzu artdıqc

Bakı və Moskva arasında gərginlik alovlana bilər - Təyyarə faktoru gündəmdə

Rusiya tərəfinin AZAL təyyarəsi ilə bağlı istintaq materiallarını tam şəkildə açıqlamaması Azərbaycan–Rusiya münasibətlərində yeni gərginliklə bağlı müzakirələri gündəmə gətirib. Rusiya tərəfinin AZAL təyyarəsi ilə bağl

Prezident Bruney Sultanını təbrik etdi

Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:. "Əlahəzrət,. Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütü

Azərbaycanda büdcə təşkilatları yaradıldı - Fərman

Bir sıra dövlət qurumlarının fəaliyyəti təkmilləşdirilir. xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, aşağıdakı büdcə təşkilatları yaradılıb:. - Ekologiya və Təbii Sərvətlə

Makron təcili Ermənistana gedəcək - Nə baş verir?

Fransa prezidenti Emmanuel Makron mayın 4-də iki günlük səfərlə Ermənistana gedəcək. xəbər verir ki, bu barədə Ermənistanın Fransadakı fəxri konsulu Denis Cjorkayef məlumat verib. Səfər çərçivəsində Makronun Ermənistanı

Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: "Bütün dünya birləşsə də, təslim olmayacağıq"

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin xarici təzyiqlər qarşısındakı mövqeyi ilə bağlı dünya paytaxtlarında əks-səda doğuracaq kəskin bəyanat verib. xəbər verir ki, dövlət başçısı İranın heç bir şərt altında dünya güclərini

SON DƏQİQƏ! ABŞ İrana qarşı HƏRƏKƏTƏ KEÇİR: 70 təyyarə, 16 gəmi və 40 min hərbçi cəmləşdirildi

ABŞ Yaxın Şərqdə 16 döyüş gəmisi, təxminən 40 min hərbçi və hər birində orta hesabla 70 təyyarə olan ən azı yeddi aviasiya qanadından ibarət böyük hərbi qüvvə toplayıb. Bu barədə Financial Times qəzeti məlumat yayıb. xəbə


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta məzənnələri xeberler azerbaycan hava xeber az