Mütəxəssisdən XƏBƏRDARLIQ: Ciddi su çatışmazlığı ilə üzləşə bilərik - VİDEO
Çaylar dərinləşir, məcraları genişlənir.
Bəzi bölgələrdə fəaliyyət göstərən qum-çınqıl karxanaları çaylara ciddi ziyan vurur. Qubada da belə karxanalara rast gəlmək olar. Yerli sakinlərin sözlərinə görə, Qaraçay, Vəlvələçay, Qudyalçay və Qusarçayda çay yataqları əvvəllər 3-4 metr dərinlikdə idisə, indi bu dərinlik 15-20 metrə qədər artıb. Hətta Qaraçay çayının bəzi yerlərində suyun dibi 40-50 metrədək enib. Bu da daha çox fermerləri narahat edir. Çünki, belə halda çay suyundan suvarmada istifadə etmək çətinləşir.
azxeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin aparıcı mütəxəssisi Sadiq Əmiraslanov bildirir ki, bəzi çaylarda bərpa rejimi az dərəcədədir. Bəzən hətta müşahidə də edilmir. Həmin ərazilərdə karxana fəaliyyətinin davam etdirilməsi isə çayların dərinləşməsinə gətirib çıxarır.
Sadiq Əmiraslanov deyir ki, ciddi fəsadların qarşısını almaq məqsədilə agentliktərəfindən mütəmadi qabaqlayıcı tədbirlər görülür.
Mütəxəssisi sözlərinə görə, qum-çınqıl karxanalarının pərakəndə istismarı zamanı çay məcralarının genişlənməsi halları daha çox Quba, Xaçmaz, Tərtər, Bərdə və İmişli rayonlarından axan çaylarda müşahidə olunur.

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı