"Müxalifətin 21 apreldə mitinq təyin etməsi yalnız gülüş və təəssüf doğurur

"Dünyada baş verən müharibələr, terrorlar təbii olaraq gözümüzün önündə baş verir. Həmin vaxtda qayıdıb ölkəmizə baxdıqda stabilliyi müşahidə edirik. Siyasi, sosial, xalq, iqtidar birliyi, ondan yaranan bu stabil həyat əlbəttə ki, ən böyük qiymətli xəzinəmiz sayılır. O ölkədəki siyasi liderlər zəifdir, həmin ölkədə müxtəlif problemlər var və burada bəzi qüvvələr ölkəyə rəhbərlik edir". 
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputatın sözlərincə, Azərbaycan Vətən Müharibəsində qələbə qazandıqdan sonra dünyanın ən qürurlu, müzəffər xalqı və dövləti olandan sonra üzərimizə yalnız erməni yox, digər qüvvələr də gəlməyə başladılar:
"Azərbaycan Vətən Müharibəsində qələbə qazandıqdan sonra dünyanın ən qürurlu və müzəffər xalqı və dövləti olandan sonra üzərimizə yalnız erməni yox, digər qüvvələr də gəlməyə başladılar. Azərbaycan Prezidentinin qətiyyəti, ağlı, bacarığı, siyasi qroysmeyster ustalığı bütün bu təhdidlərin qarşısını aldı. Hətta böyük dövlətlərin belə Azərbaycanla bağlı artıq danışmasına icazə verilmir. Əksinə həmin dövlətlərin üzərinə gedilir, onların xislətindəki eybəcərliklər həm üzlərinə, həm də dünyaya çatdırılır. Bunu artıq heç nə ilə Azərbaycanın boynuna ata bilməyən qüvvələr, ölkəmizdəki proksik qüvvələr daim xainliyə hazır olan bir neçə nəfərdən istifadə etmək üçün düyməni basırlar. 
Milli Şura dediyimiz dağıdıcı müxalifətin yığıldığı bir neçə nəfər - Əli Kərimli və onun dəstəsinin 21 apreldə mitinq təyin etməsi, buradakı absurd tələblər yalnız gülünc və təəssüf doğurur. Çünki 30 il keçməsinə baxmayaraq hələ də bu şəxslər dəyişmək istəmirlər".
Millət vəkili qeyd edib ki, Azərbaycanın bugünkü müxalifətinin təfəkkürü 1980 və 90-cı illərin sonlarında ilişib qalıb:
"Hələ də onu anlaya bilmirlər ki, dünya başqa cür idarə olunur. Onlar isə hələ 80-ci və 90-cı illərdə ilişib qalıblar. Bu bataqlığa düşmüş kəslər düşünmürlər ki, qeyri-stabil görmək istədikləri Azərbaycanda onların yaxınları da yaşayır. Hər hansı bir problem yaşanarsa, heç kim bundan sığortalanmayacaq. Bu düşüncə hələ də onlara çatmayıbsa, demək ki, yaşlı-başlı adamlar olub və bu fikirləri anlamırlarsa, bundan sonra onlardan heç nə gözləmək olmaz. Dünyanın yanar oda çevrilməsi fonunda hətta qonşuluğumuzdakı baş verən hadisələr, həmin kontekstdən baxanda ölkəmizdəki bu sabitlik adası müxalifətçiləri də narahat etməyə başlayıb. 
Müxalifət liderlərinin qoyduğu tələblərin heç bir əsası yoxdur və tamamilə absurddur. Nə iqtisadi, nə də siyasi problemlərlə bağlı indiki halda hər hansı bir ajiotaja ehtiyac yoxdur. Bu hərəkətlərlə yalnız özlərini gülünc hala qoyurlar. 
Bu addımlarla onlar yalnız siyasi sifarişləri yerinə yetirdiklərini göstərirlər. "Beşinci kolon" olmaq arzusu insanların iliyinə işləyib və yeri gəldi-gəlmədi bundan istifadə etməyə çalışırlar".
Mikayıl Mirzəzadə

Sosial       Tarix: 15 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş


yeni xeberler son xeberler azerbaycan xeberleri beynelxalq bank mezenne novruz bayramı ən son xəbərlər meherremlik 2026