Muxtar Babayev: COP29 şəffaflıq və inklüzivliyə həsr olunacaq
Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) şəffaflıq və inklüzivliyə həsr olunacaq.
Bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Münhen Təhlükəsizlik Konfransının panel müzakirəsi zamanı bildirib.
"Bütün ölkələri Bakıda keçiriləcək bu tədbirə qatılmağı dəvət edirik. Əminik ki, müsbət nəticələr əldə edə biləcəyik. Hesab edirik ki, bu, Dubayda əldə olunmuş uğurlu konsensusdan yararlanmaq və onu 2025-ci ildə Bakıya, daha sonra Braziliyaya ötürmək üçün əla fürsətdir", - o vurğulayıb.
M.Babayev qeyd edib ki, COP sədrlikləri troykası çərçivəsində əməkdaşlıq iqlim gündəliyindəki prosesi birgə irəlilətmək üçün yaxşı şansdır.
Xatırladaq ki, Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı qərar ötən il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib. İki həftə ərzində paytaxt Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
COP30 isə 2025-ci ildə Braziliyada keçiriləcək. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR