Muxtar Tayjan: "Vaşinqtonun Ankaraya təzyiq göstərəcək heç nəyi yoxdur

Muxtar Tayjan: "Vaşinqtonun Ankaraya təzyiq göstərəcək heç nəyi yoxdurMuxtar Tayjan: "Vaşinqtonun Ankaraya təzyiq göstərəcək heç nəyi yoxdur"
"Son həftələrdə Qazaxıstanda əsas mövzunun torpaq məsələsinin (söhbət kənd təsərrüfatı torpaqlarına xüsusi mülkiyyət hüququ əcnəbilərə verilməsindən gedir - red.) müzakirəsi olmasına baxmayaraq, ABŞ prezidenti Co Baydenin "Erməni soyqırımı" ifadəsini istifadə etdiyi bəyanatı diqqətdən kənarda qalmayıb".
Bu barədə Caliber.Az-a Qazaxıstanın tanınmış ictimai xadimi Muxtar Tayjan bəyan edib.
O bildirib ki, ABŞ-la Türkiyə arasında Ankaranın Rusiyanın S-400 komplekslərini alması və Türkiyənin F-35 beşinci nəsil qırıcı proqramından kənarlaşdırılması da daxil olmaqla bir çox mübahisəli məsələlərin olduğu heç kimə sirr deyil.
"Münasibətlərin kəskinləşməsi çoxdan bəri davam edir, Ankara öz müstəqilliyini göstərir. Bu isə təsadüfi deyil, çünki Türkiyə NATO-da ikinci ən güclü orduya sahibdir. Ancaq ABŞ-dakı erməni diasporunun amilini nəzərə almalıyıq. Onlar ABŞ-ın maliyyə və bank sektorlarında çox güclü mövqeyə sahibdir. Pullar isə o cümlədən seçki kampaniyaları üçün lazımdır. Yəni bu, ABŞ-ın hazırkı rəhbərliyinə ciddi təzyiq rıçaqıdır", - deyə Muxtar Tayjan əlavə edib.
Eyni zamanda müsahib Qazaxıstanda "erməni soyqırımı" mövzusu hələ də fəal şəkildə müzakirə edilmədiyini, lakin qazax xalqının Türkiyə tərəfini tutduğunu vurğulayıb.
"Qazaxıstanda ABŞ-a çox yaxşı münasibət göstərilir, ancaq türklər azərbaycanlılar kimi bizim qohumlarımızdır. Bu, keçən il Qarabağdakı müharibə zamanı cəmiyyətin reaksiyasından aydın oldu, insanların əksəriyyəti Azərbaycanın tərəfində idi, onunla həmdərd idi".
Muxtar Tayjan əmindir ki, son hadisələrə baxmayaraq, Vaşinqton Türkiyəni itirməkdə, bu ölkənin NATO-dan çıxmasında maraqlı deyil.
"Ankara Orta Şərqdə, Qara dəniz hövzəsində, Aralıq dənizində əsas rol oynayır, boğazlar amili isə əhəmiyyətlidir".
Aydındır ki, ABŞ Türkiyəni bəzi addımlar atmağa vadar etmək istəyir, məsələn Rusiya ilə yaxın əməkdaşlıqdan imtinaya. Bu isə S-400 komplekslərinin tədarükündən əlavə həm də "Akkuyu" Atom Stansiyasının tikintisidir. Ancaq Vaşinqton Türkiyənin vacib rolunu başa düşür. Artıq Vaşinqtonun Ankaraya təzyiq göstərəcək xüsusi heç nəyi yoxdur. İqtisadi, hərbi, demoqrafik və geosiyasi baxımdan Türkiyə ABŞ-dan asılı olmayan güclü bir dövlətdir", - deyə Muxtar Tayjan sözlərini yekunlaşdırıb. /oxu.az

Siyasi       Tarix: 26 aprel 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta bugun xeberler şou biznes xəbərləri cəbhədən son dəqiqə