Naftalanda "Şəhərdaxili hərəkət planı"nın hazırlanmasına dair işçi görüş keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətində Azərbaycan Texniki Universitetinin nümayəndələri ilə işçi görüş keçirilib.
azxeber.com xəbər verir ki, görüşdə Naftalan ŞİHB başçısı Vüqar Novruzov, Azərbaycan Texniki Universitetinin rektoru, iqtisad elmləri doktoru Vilayət Vəliyev, Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, ŞİH-nin və ATU-nun məsul əməkdaşları iştirak ediblər. Şəhər İcra Hakimiyyətinin başçısı və Azərbaycan Texniki Universitetinin rektoru öncə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Görüş zamanı qonaqlara Naftalan şəhəri, şəhərin turizm potensialı və Naftalan nefti haqqında ətraflı məlumat verilib. Şəhərdə son illər həyata keçirilən layihələr barədə danışaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Naftalan şəhərinin beynəlxalq turizm mərkəzinə çevrildiyini diqqətə çatdırılıb.
Universitetin rektoru "Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarının mahiyyəti barədə danışaraq hərəkətin təhlükəsizliyi baxımından bu görüşün önəmi barədə danışıb. Qeyd edib ki, burada dayanıqlı şəhər modelinin də tətbiq edilməsi nəzərdə tutulub.
Görüş zamanı Naftalan şəhərində küçə və yol şəbəkəsində yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin edən "Şəhərdaxili hərəkət (mobillik) planı"nın hazırlanması istiqamətində yaxın gələcəkdə görüləcək işlər müzakirə olunub. Həmçinin mobillik planı üzrə monitorinqlərin keçirilməsinin zəruriliyindən və bu tədbirlər üzrə hədəflərdən də danışılıb.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, təkliflər sələndirilib.







Kurslar.az kurslar [newsid: 0-123300]

Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı
Ceyhun Bayramov Mirzoyanla görüşəcək