Nagelsmann niyə istefaya göndərildi?
"Bayern"in prezidenti Herbert Hayner baş məşqçi Yulian Nagelsmannın istefaya göndərilməsini və Tomas Tuxelin təyinatını izah edib.
"Bəli, mən bir müddət əvvəl Yulian Nagelsmannı tam dəstəkləyir və onunla uzunmüddətli layihə haqqında danışırdım. Mən ümid edirdim ki, bu layihə həyata keçirilə bilər.
Nagelsman əla məşqçidir, amma nəticə hər şeydən üstündür. "Bayer"lə oyun (1:2) məni düşündürdü. Təbii ki, uzun müddət Kan və Salihamidziçlə məsləhətləşdim. Nəticədə belə qənaətə gəldik ki, mövsümlə bağlı planlarımızı yerinə yetirmək üçün reaksiya vermək lazımdır. Tanrıya şükürlər olsun ki, bizim hələ də hər üç turnirdə qalib gəlmək şansımız var", – deyə Hayner bildirib.
KONKRET.azxəbər verir ki, o, Tuxelin təyinatını da şərh edib.
"Tuxelin təyin edilməsi şübhəsiz ki, düzgün qərardır. Uzun illər əvvəl bunu etmək istəyirdik, amma alınmadı. Son illərdə o, Avropanın böyük klublarında inanılmaz uğurlar qazana biləcəyini sübut edib. Tuxel Avropanın ən istedadlı məşqçilərindən biridir", – deyə "Bayern"in prezidenti qeyd edib.//championat.com

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi