Naibə Allahverdiyeva: "Xarici aktyorların 85-90 il yaşamalarına paxıllıq edirəm

Naibə Allahverdiyeva: Naibə Allahverdiyeva: "Xarici aktyorların 85-90 il yaşamalarına paxıllıq edirəm"
"Çox istərdim ki, aktyorlar dəfn olunan zaman teatrdan son mənzilə yola salınsınlar. Əslində həmişə belə olub. Amma sonradan nəyəsə görə bu ənənə aradan götürüldü".
Bu sözləri Oxu.Az-a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Ramiz Novruzun dünyasını dəyişməsindən, aktyorun dəfnində yaranan qalmaqaldan danışarkən deyib:
"Yəqin ki, bu qaydanı yenidən düzəldərlər. Sovet dövründə də, ondan sonrakı müddətdə də belə olub. Təki bizim aktyorlarımızın canı sağ olsun, uzunömürlü olsunlar. Mən dünyasını dəyişən aktyorların işlədiyi teatrlardan yola salınmasını həm də ona görə istəyirəm ki, onu sevən insanlar mərhumla vida mərasiminə gələ bilsinlər. Bir də görürsünüz ki, aktyor dünyasını dəyişib. Onun pərəstişkarları aktyorun evini, ünvanını tanımırlar. Aktyorlar insanların həmişə sevimliləri olublar.
Ümumiyyətlə, bildirim ki, sənətkarlarımız xəstələnəndə dövlət tərəfindən onlara lazımınca qayğı göstərilir. Mərhum Xalq artistimiz Ramiz Novruz da xəstələnən zaman Heydər Əliyev Fondu bunu diqqətdə saxladı. Dünyasını dəyişən elə sənətkarlarımız var ki, dövlət onların dəfn mərasimini öz üzərinə götürür".
Sevilən aktrisa Naibə Allahverdiyeva xarici aktyorların uzunömürlülüyünə paxıllıq etdiyini açıqlayıb:
"Xarici aktyorlara baxıram və paxıllıq edirəm ki, 85-90 il yaşayırlar. Rusiyalı aktyorlar uzun ömür yaşayırlar. Hər dəfə bir aktyorumuz dünyasını dəyişəndə elə bilirəm ki, incəsənətimizdən bir yarpaq düşür. Səhnə bizim üçün məbədgahdır, evimizdir. Bəlkə də səhnəni doğma evimizdən də artıq bilirik. Səhnə olmasa, biz yaşaya bilmərik". 
Qeyd edək ki, iki gün əvvəl dünyasını dəyişən Xalq artisti Ramiz Novruzun dəfn mərasimi müzakirələrə səbəb olub. Vida mərasimində həmkarı, Xalq artisti Əli Nur çıxış edərək Mədəniyyət Nazirliyinin aktyora laqeyd münasibət bəsləməsini qeyd edib. O, dəfn mərasiminin R.Novruzun evində deyil, Azərbaycan Dövlət Dram Teatrında keçirilməli olduğunu deyib. Daha sonra o, dediklərini təkzib edib. Bildirib ki, nazirliyin dörd əməkdaşı vida və dəfn mərasimində iştirak edib. Azərbaycan Mədəniyyət Nazirliyi böyük diqqət və qayğı ilə Azərbaycan incəsənətinə kömək edir. Buna baxmayaraq, sözügedən məsələ ayrılıqda sənət adamlarının dəfninə olan biganəliyi gündəmə gətirib.
Şəlalə Babayeva

Şou Biznes       Tarix: 23 fevral 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbərlər 2026 cəbhədən son xəbərlər maliyye xeberler bugun cəbhədən yeni xəbərlər