Namiq Abdullayev yığma komandanın baş məşqçisi təyin edildi

Namiq Abdullayev yığma komandanın baş məşqçisi təyin edildiBu gün Azərbaycan Güləş Federasiyasının (AGF) ofisində iclas keçirilib.
AGF-nin prezidenti Namiq Əliyevin rəhbərliyi altında baş tutan iclasda mühüm qərarlar qəbul edilib. Belə ki, olimpiya çempionu Namiq Abdullayev sərbəst güləş üzrə yığmamıza baş məşqçi vəzifəsinə təyin olunub. Millimizdə Zəlimxan Hüseynov böyük məşqçi, Arif Abdullayev isə məşqçi kimi fəaliyyətini davam etdirəcək. Məşqçilər korpusu komandanı dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilməsi planlaşdırılan dünya çempionatına, gələn il baş tutacaq Olimpiadaya lisenziya xarakteri daşıyan təsnifat turnirlərinə və başqa yarışlara hazırlaşdıracaq.
Bundan başqa çimərlik güləşi üzrə yığmanı formalaşdırmaq və yarışlara hazırlaşdırmaq məqsədilə çimərlik güləşi üzrə dünya çempionu Oyan Nəzəriani yeni yaradılan komandaya baş məşqçi vəzifəsinə təyin olunub.
AGF-nin prezidenti iclasda bir sıra məsələlərlə bağlı fikirlərini səsləndirib: "Pandemiya ilə bağlı yarışlar təxirə salınıb. Ancaq dekabrda gənclərin və böyüklərin dünya çempionatı keçirilə bilər. Dünya Güləş Birliyi (UWW) bununla bağlı yekun qərarını oktyabrın 5-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında verəcək. Ola bilsin, dünya çempionatı keçirilməsə, onun əvəzinə dünyanın ən güclü 10 komandasının iştirakıyla bir yarış keçiriləcək. Bildiyiniz kimi, Olimpiadaya təxminən 10 ay vaxt qalıb. Bu o qədər də çox vaxt deyil. Olimpiya Oyunlarına ən yüksək səviyyədə hazırlaşmalıyıq. Sərbəst güləş üzrə yığma komandaya baş məşqçi vəzifəsinə Namiq Abdullayevi təyin etdik. Onun məşq metodu və işə məsuliyyətlə yanaşması xoşumuza gəlir. İnanırıq ki, etimadı doğruldacaq. Biz, həmçinin, çimərlik güləşinin də inkişafını qarşıya məqsəd qoymuşuq. Bildiyiniz kimi, güləşin bu növü yeniyetmələrin Olimpiadasının proqramına salınıb. Ona görə də çimərlik güləşinə maraq artmaqdadır. Biz güləşin bu növü üzrə məşq keçmək üçün bazamızda şərait də yaratmışıq. Uğurlu nəticələrin davamının gəlməsi üçün əlimizdən gələni edirik. Bütün komandaların baş məşqçiləri bir-biriləri ilə məsləhətləşsin, bir-birilərinə kömək etsinlər. Həm Namiq Abdullayevi, həm də Oyan Nəzərianini təyinatları münasibətilə təbrik edir, onlara işlərində uğurlar arzulayıram".
Olimpiya çempionu Namiq Abdullayev yeni vəzifəsi ilə bağlı bunları deyib: "Mənə etimad göstərdiyiniz üçün minnətdarlığımı bildirirəm. Karyeramı bitirəndən sonra da federasiyadan ayrılmamışam. Bildiyiniz kimi, 2009-cu ildən AGF-də yeniyetmələr üzrə vitse-prezident vəzifəsində çalışmışam. 2007-ci ildən Azərbaycan güləşində nəticələr əvvəlki illərlə müqayisə edilməyəcək qədər yaxşılaşıb. Olimpiadalarda, dünya və Avropa çempionatlarında qazanılan uğurlar da bunu göstərir. Ölkə başçısı İlham Əliyevin və federasiya rəhbərliyinin diqqət və qayğısını daim idmançılar hiss edib. Digər məşqçilərlə birgə əlimizdən gələni edəcəyik ki, ümidlərinizi doğruldaq".
Daha sonra Oyan Nəzəriani danışıb: "Ötən il federasiya bizi çimərlik güləşi üzrə 5 yarışa göndərdi. Nəticələr də yaxşı oldu. Artıq çimərlik güləşi üzrə zal istifadəyə verilib. Bu zal qış aylarında da məşq etməyə imkan verəcək. Azərbaycanda güləş bir nömrəli idman növüdür. Çalışacağıq ki, çimərlik güləşi də güləşin digər növləri kimi yüksək səviyyəyə çatsın, yaxşı nəticələrimiz olsun".
Sonda AGF-nin vitse-prezidenti Elçin Cəfərov hər iki məşqçini təbrik edib və onlara işlərində uğurlar arzulayıb.
Qeyd edək ki, iclas başa çatdıqdan sonra mətbuat konfransı keçirilib. AGF-nin prezidenti Namiq Əliyev jurnalistlərin suallarını cavablandırıb. /publika.az

İdman       Tarix: 22 sentyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər

"Sabah" "Qarabağ"ı qəbul edir: heyətləri açıqlandı

Misli Premyer Liqasının 9-cu turunda bu gün keçiriləcək "Sabah" – "Qarabağ" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 18:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:. "Sabah"

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Fransadakı iğtişaşlar NFL-ə də təsir etdi - Trampdan matç ilə bağlı təklif

ABŞ Prezidenti Donald Tramp Fransada baş verən iğtişaşlarla əlaqədar Parisdə keçirilməsi planlaşdırılan NFL matçının təxirə salınmasını təklif edib. xəbər verir ki, "The Athletic" nəşrinin məlumatına görə, Tram

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun en son xeber bugünkü son xəbərlər sonxeber az