Namizədlər hansı məntəqələrdə səs verəcək?
Sabah Azərbaycanın müstəqillik tarixində 8-ci dəfə prezident seçkiləri keçiriləcək. Bu il ilk dəfə seçkilər bütün ölkə ərazisində baş tutacaq. Bu, İkinci Qarabağ müharibəsindən və antiterror tədbirlərindən sonra keçirilən ilk seçkidir.
azxeber.com xəbər verir ki, Modern.az seçkilərdə iştirak edəcək 7 namizədin harada səs verəcəyini araşdırıb.
Qeydə alınan namizədlər aşağıdakı seçki məntəqələrində səs verəcək:
İlham Əliyev - 7 saylı saylı Səbail seçki dairəsinin 1 saylı məntəqəsi;
Zahid Oruc - 23 saylı saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı məntəqəsi;
Razi Nurullayev - 8 saylı saylı Binəqədi birinci seçki dairəsinin 12 saylı məntəqəsi;
Qüdrət Həsənquliyev - 7 saylı saylı Səbail seçki dairəsinin 38 saylı məntəqəsi;
Fazil Mustafa - 26 saylı saylı Sabunçu birinci seçki dairəsinin 3 saylı məntəqəsi;
Fuad Əliyev - 34 saylı saylı Xətai ikinci seçki dairəsinin 19 saylı məntəqəsi;
Elşad Musayev - 19 saylı saylı Nərimanov birinci seçki dairəsinin 3 saylı məntəqəsi.
Qeyd edək ki, sabah keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün seçici siyahılarına 6 milyon 300 mindən çox seçicinin adı daxil edilib. Həmçinin, prezident seçkiləri üçün 6 537 məntəqə təşkil edilib.

Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir