Naqif Həmzəyev: "Müsavat doğru olanı etdi

Naqif Həmzəyev: Xəbər verdiyimiz kimi, Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüş təşkil olunub.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə keçirilən bu görüşdə marağa səbəb olan məqamlardan biri də əsas müxalifət partiyalarından olan Müsavatın iştirakıdır.
Qeyd edək ki, sosial şəbəkələrdə Müsavat Partiyası təmsilçisinin hakimiyyət nümayəndəsi ilə bir masaya oturması müzakirələrə səbəb olub.
YAP-çı deputat Naqif Həmzəyev Gununsesi.info-ya açıqlamasında PA-nın təşkil etdiyi bu görüş haqqında danışıb.
Azərbaycanın demokratik dövlət olduğunu vurğulayan Həmzəyev bildirib ki, siyasi qüvvələrin ölkə həyatındakı rolu danılmazdır: "Bu baxımdan hesab edirəm ki, zaman-zaman müxtəlif məsələlərlə bağlı mərkəzi hakimiyyət, qanunvericilik orqanlarının təmsilçiləri ilə siyasi partiya rəhbərlərinin bir araya gəlməsi təqdirəlayiq haldır. Sevindirici haldır ki, Azərbaycanın siyasi kəsimində münasibətlər ümumumilli məsələlərdə həmrəyliyə, ölkəmizin daha da güclənməsinə yönəlik prinsiplərə söykənir. Təbii ki, bu cür görüşlərdə cəmiyyəti narahat edən bir sıra məsələlər də müzakirə olunur və müyyən təkliflər səslənir ki, bu da ölkənin və cəmiyyətin inkişafı üçün mühüm amildir".
Azərbaycan cəmiyyətinin monolit bir cəmiyyət olduğunu vurğulayan deputat buna bariz nümunə kimi 44 Günlük Vətən Müharibəsini misal çəkib: "Azərbaycan xalqının ali baş komandanın dəmir yumruğu altında birləşməsi, ümumilli həmrəylik bizim qələbəmizi asanlaşdırdı. Hesab edirəm ki, bu birlik gələcəkdə də davam etdirilməlidir. Biz baxmayaraq ki, suverenliyimizi bərpa etmişik, amma güclənməyimizi istəməyən ölkələr yenə də var. Bu ölkələr çalışır ki, Azərbaycanın daxilində düşmənçilik toxumu səpilsin, qarşıdurmalar yaransın. Ona görə də müxtəlif ideologiyalara qulluq etsəllər də belə  cəmiyyətin siyasi kəsimini təmsil edən qüvvələrin  zaman-zaman bir araya gəlməsi vacibdir".
Müsavat Partiyasına bu görüşə qatıldığı üçün ünvanlanan tənqidlərə gəlincə, YAP-çı deputat bildirir ki, Müsavat doğru olanı etdi: "Əgər hər hansı bir siyasi qüvvə özünü cəmiyyətin, dövlətin inkişafı prosesində görürsə, bu cür təşəbbüslərə biganə qalmamalıdır. Bu baxımdan hesab edirəm ki, Müsavat Partiyası doğru olanı edib". / azxeber.com

Sosial       Tarix: 21 may 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler 2026 en son xəbərlər bugün krimnal xeber azerbaycanda son xeberler