Nar Baş Direktoru startap müsabiqəsində fəxri münsif kimi iştirak edib
"Nar"ın Baş icraçı direktoru Qunnar Panke startaplar üzrə milli çempionatında yarışmasında fəxri münsiflər heyətinin üzvü kimi iştirak edib. Beynəlxalq səviyyədə keçirilən və Miniboss Business School Baku tərəfindən təşkil olunan startaplar üzrə milli çempionatda 6-17 yaş arası istedadlı uşaqlardan və yeniyetmələrdən ibarət komandalar iştirak edib.
Qida, ekologiya, alternativ enerji, İT və bir çox sahələrdə təmsil olunan startaplar arasında ən yüksək nəticə göstərən üç komanda qalib oldu. Komandalar innovativlik, mənfəətlilik, layihənin əhatə dairəsi, mediada işıqlandırma və münsiflər heyətinin sualına cavablama kimi meyarlar üzrə qiymətləndirildi. Qalib komandalar 16-20 iyul tarixlərində Qlazqo (Böyük Britaniya) şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.
Qeyd edək ki, müsabiqənin fəxri münsifi Q.Panke müxtəlif tanınmış telekommunikasiya şirkətlərində strateji rəhbər vəzifələrdə çalışmış və 30 ildən artıq zəgin təcrübəsi ilə rabitə sənayesinin beynəlxalq nüfuza sahib eksperti sayılır.
"Nar"ın layihələri, xidmətləri və məhsulları haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən "Nar" son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



/ azxeber.com

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR