Nar dəyərli hədiyyələrlə dolu yay müsabiqələrinə başlayır
Mobil operator Nar musiqi və dəyərli hədiyyələrlə dolu yay müsabiqələrinə start verir.
azxeber.com xəbər verir ki, məşhur "Darvish Band" ilə birgə ərsəyə gələn müsabiqələr Nar abunəçiləri üçün dinamik yay vəd etməklə yanaşı, texnologiyanın gücünü və musiqiyə olan həvəsi bir araya gətirmək məqsədi daşıyır.
Gənclərin dinamik musiqi zövqünə ortaq olan Nar, abunəçiləri üçün əyləncə dolu müsabiqələrdə iştirak edərək dəyərli hədiyyələr qazanmaq şansı yaradır. Hədiyyəli müsabiqələrdən birincisində gənclər enerji dolu həyat tərzlərinə uyğun olaraq seçilmiş Samsung Galaxy Tab, Apple Watch və JBL qulaqlıqları əldə edəcəklər.
Yay boyunca Nar abunəçiləri növbəti müsabiqələrdə daha da dəyərli hədiyyələr qazanmağa davam edəcəklər. Qarşıdan gələn müsabiqələr haqqında ən tez xəbər tutmaq üçün Narın sosial media səhifələrini (Facebook, Instagram, Twitter) izləməyə davam edin.
Nar hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Nar son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR