"Nar" "Korporativ sosial təsir strategiyasının biznesə faydaları" seminarında iştirak edib - FOTO
27-28 noyabr tarixlərində AmCham Azərbaycan və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə "Effektiv korporativ sosial təsir strategiyasının biznesə faydaları" mövzusunda tədbir keçirilib. Məqsəd qurumların KSM strategiyalarını daha da təkmilləşdirməsi üçün stimul yaratmaq, özəl və dövlət sektorları arasında əməkdaşlıq əlaqələrini gücləndirmək olub. Tədbir zamanı ölkədə həyata keçirilən mühüm sosial əhəmiyyətli layihələr müzakirə olunub, sonda iştirakçılara bu istiqamətdə fəaliyyətlərini inkişaf etdirmək üçün fərdi strategiyaların yaradılmasına dəstək verilib.
Tədbirdə "Nar"ın İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Əziz Axundov, şirkətin uzun illərdir insanların həyat keyfiyyətinin yüksəldilməsinə yönəlmiş sosial layihələri, eyni zamanda KSM strategiyasının əsas istiqamətləri haqqında geniş məlumat verib. Mobil operatorun dünyanın sosial məsuliyyətli bizneslərini bir araya toplayan BMT Qlobal Sazişinin bir iştirakçısı olduğu, hazırlanan layihələrin dayanıqlı inkişaf məqsədlərinə xidmət etdiyi vurğulanıb. "Nar" şəffaflıq məqsədilə artıq 3 ildir ki, bu istiqamətdə görülən işlərin məcmusu olan Dayanıqlı İnkişaf hesabatını ictimaiyyətə təqdim edir. "Nar"ın sosial fəaliyyəti ilə bağlı daha ətraflı məlumat üçün bura daxil ola bilərsiniz.
"Nar" hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar" son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


/ azxeber.com
Xidmetler [newsid: 0-123300]

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu