Narahatlıq və həyəcan insanı erkən ölümə apara bilər - Həkim
Narahatlıq və həyəcan insanı erkən ölümə apara bilər.
KONKRET.az xəbər verir ki, bu sözləri kardioloq, tibb elmləri namizədi Anna Koreneviç öz səhifəsində bildirib.
O, öz statusunda daha sonra yazıb: "Niyə bəzi insanlar düzgün qidalanır və 100 ilədək yaşayır, digərləri isə eyni şəraitdə 40 yaşında ölür".
Koreneviçin fikrincə, hər şey həyatın dərkindən asılıdır. Ona görə də hər kəs üç əsas qaydaya riayət etməlidir.
Birinci qaydaya görə, başqa insanları dəyişdirməyə çalışmaq və bundan narahat olmaq lazım deyil. Biz ancaq özümüzü dəyişə bilərik.
İkincisi, dünyada baş verənlərdən narahat olmağa dəyməz. Məsələn, təbii fəlakətlər və zəlzələlər zamanı insanların narahatlığı əbəsdir. Çünki heç bir canlı varlıq buna təsir edə bilməz.
Üçüncü qayda isə odur ki, özümüzü istədiyimiz insanlarla əhatə etməliyik.
"Ətrafımızdakı dünya ətrafımızdakı insanlardır. İnsanlar iki yol seçə bilər. Birincisi, insanları və dünyanı dəyişməyə davam etmək, sonra isə heç nəyin işə yaramadığına üzülməkdir. Bu yol sağlamlıq və xoşbəxtliyin itirilməsinə səbəb olacaq.
İkincisi, özünüzü dəyişdirin, ətrafınızı təmizləyin. Başqaları üçün çox əziyyətə qatlaşmayın. Bunu edən hər kəs sağlam olacaq və uzunömürlülüyünü təmin edəcək", – deyə Anna Koraneviç fikrini yekunlaşdırıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var