Narın bu faydaları da MƏLUM OLDU

Narın bu faydaları da MƏLUM OLDU</p> 
 <p>Bütün zamanlarda narın faydalarından çox danışılıb. Bu meyvənin min dərdin dərmanı olduğunu deyən alimlər onun orqanizmə xeyri barədə müxtəlif elmi araşdırmalar aparıblar.
KONKRET.azmeyvələrin şahı sayılan bu möcüzəvi meyvənin faydalarını oxucuların diqqətinə çatdırır.
Meyvənin, əsasən, piylənmə, metabolik sindrom və 2-ci tip diabetə müsbət təsirinə toxunan mütəxəssislər narın ürək-damar xəstəliklərinə də kömək etdiyi qənaətindədirlər.
Narın müxtəlif xəstəliklərə müsbət təsiri ilə bağlı çoxlu araşdırmalar var. Birincisi, qanda şəkərin artması kimi metabolik pozğunluqların qarşısını alır. Bunun sayəsində diabetin inkişafına mane olur.
İkincisi, qanda yağların və xolesterinin konsentrasiyasını azaldır, aterosklerozun inkişafından və nəticədə onunla əlaqəli bütün xəstəliklərdən qoruyur. Üstəlik, qanda pis xolesterini azaldır və yaxşı xolesterini artırır.
Təcrübələr sübut edib ki, bu, ilk növbədə narın tərkibindəki polifenolların təsiri ilə bağlıdır. Tərkibində terapevtik və profilaktik təsir göstərən bir çox digər təbii antioksidantlar da var. Buna görə də nar və onun şirəsi sağlamlıq üçün əla qidadır.
Nar qan təzyiqini də aşağı salır. Tərkibində qan damarlarını daha elastik edən və bununla da qan təzyiqini aşağı salan antioksidantlar var. Bu, bir neçə il əvvəl arterial təzyiqli xəstələrdə sübut edilib.
Alimlər düşünür ki, nar şirəsi qan təzyiqini tənzimləyir. Onların qənaətincə, narı pəhrizə daxil etmək məqsədəuyğundur. Buna antioksidantların digər faydalı təsirlərini də əlavə etmək lazımdır.
Narı nə ilə əvəz etmək olar?
Rusiyalı qastroenteroloq, tibb elmləri namizədi Konstantin Spaxov narın faydaları barədə belə deyir: "Əgər imkanınız varsa, müntəzəm olaraq nar yeyin. Giləmeyvə antioksidant tərkibinə görə narla müqayisə edilə bilər. Narın qiyməti qalxdıqda isə onu dondurulmuş giləmeyvə ilə əvəz edə bilərsiniz. Gündə ən azı yarım stəkan nar dənəsi və ya giləmeyvə qəbul etmək əla nəticə verə bilər".
Ekspert narın qabığının da faydalı olduğunu deyir:
"Nar meyvəsi mahiyyətcə tullantısızdır. Qabıqları və arakəsmələrini atmaq tövsiyə olunmur. Onları qurudun. Qaynar su ilə dəmləsəniz, ishal üçün əla vasitə alınacaq. Onların təsiri dərmanlardan da yaxşı nəticə verir.
Çoxları əmindir ki, nar qan rəngində olduğundan onun tərkibində çoxlu dəmir var və buna görə də hemoqlobini artırmaq üçün çox faydalıdır. Bu, yanlış fikirdir. Ümumiyyətlə, dəmiri heyvan mənşəli məhsullardan – ətdən, xüsusilə qaraciyərdən almaq daha yaxşıdır. Narda dəmirin miqdarı azdır. Ona qırmızı rəng verən çox faydalı polifenollardır".
Vəli Həsənov,
KONKRET.az

Sağlamlıq       Tarix: 02 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər xeber az cəbhədən xəbərlər xeber.az son xeberler