"Nar"ın dəstəyilə 10 abituriyent tələbə adını qazandı
"Nar"ın "Gələcəyini Qur!" layihəsi ilə əməkdaşlıq çərçivəsində universitetə hazırlıq xərclərini öz üzərinə götürdüyü şagirdlərin hamısı tələbə adını qazanıb.
azxeber.com xəbər verir ki, Qarabağ müharibəsi veteranları və hərbçi ailələrindən olan məktəblilərin 100%-lik nəticəsi münasibətilə "Nar" bu gəncləri təbrik edib.
Qeyd edək ki, "Gələcəyini Qur!" layihəsi təhsilini davam etdirmək istəyən 11-ci sinif şagirdlərini müəyyən edərək onlar üçün bir il ərzində universitetə hazırlıq, psixoloji dəstək və şəxsi inkişafa yönəlmiş müxtəlif təlim, səfər və tədbirlər təşkil edir.
Elm və Təhsil Nazirliyinin dəstəyi və bir sıra şirkətlərin maliyyə dəstəyi ilə fəaliyyət göstərən "Gələcəyini Qur!" layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan potensiallı gənclərin ali təhsilə yiyələnmələrinə dəstək olmaqdır.
"Nar" elm və təhsilə dəstək istiqamətində davamlı layihələr həyata keçirir. Mobil operatorun korporativ sosial məsuliyyət istiqamətində gördüyü layihələrlə nar.az/projects vasitəsilə tanış ola bilərsiniz.
"Nar" hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar" son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Turlar.az [newsid: 0-123300]

İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"