Narkoman insanlara cəmiyyətin hər bir təbəqəsində rast gəlmək olur

Narkoman insanlara cəmiyyətin hər bir təbəqəsində rast gəlmək olurBakı şəhəri, Nizami rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Günay Məmmədli
Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Həmin problemin vurduğu ziyanın həcmi praktiki olaraq çox böyükdür və həm narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyasına, həm də müxtəlif cinayətlər törədilməsinə, cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır. 
BMT-nin hesablamalarına görə, hazırda dünyada təqribən 250 milyona yaxın insan narkotiklərdən bu və ya digər formada əziyyət çəkir. Bu 15-64 yaş üzrə dünya əhalisinin təqribən 5 faizini təşkil edir. Narkomanlıq xəstəliyə tutulmuş insanlara cəmiyyətin hər bir təbə¬qəsində rast gəlmək olur. Narkomanlıq eynilə narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial- iqtisadi inkişafı ləngidir, ailə və icmaları dağıdır.
Narkotik istifadəçiləri arasında yeniyetmələrin, gənclərin və qadınların olması faktı bu istiqamətdə fəaliyyətin sistemli və əlaqəli şəkildə təşkilinin təkmilləşdirilməsinin zəruri olduğunu göstərən ən əsas amillərdən biridir. Gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması, eyni zamanda ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemin həllinə cəlb olunması ilk növbədə təbliğatı aparılmalı məsələlərdəndir.
Bu gün narkomaniya təkcə ayrı-ayrı insanların sağlamlığına və mənəviyyatına deyil, eləcə də, dünya iqtisadiyyatına da ağır zərbə vurmaqdadır. Narkotiklərin qanunsuz dövriyyəsindən hər il on milyardlarla dollar gəlir götürülür və bundan əldə edilən kapital xalqların həyat səviyyəsinin yaxşılaşmasına, bəzi imkansız ölkələrin iqtisadi böhrandan xilasına, böyük tikinti-quruculuq işlərinə deyil, yeni müharibə və münaqişə ocaqlarının, nüvə bazalarının, ayrı-ayrı  terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılmasına, silah alverinin daha da güclənməsinə və digər cinayətkar aksiyalara sərf olunur.
Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz bunlara görə ümummilli liderimiz Heydər Əliyev bu növ cinayəti cəmiyyətin "sosial bəlası" adlandırmışdır. Ulu öndər Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında" Fərmanından sonra bu problemin həlli üçün həyata keçirilən tədbirlər kompleksi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Bekə ki, "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 26 avqust 1996-cı il tarixli 485 nömrəli Fərmanı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində dövlətin strateji kursunun əsasları müəyyən edilmişdir. Bununla yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində geniş tədbirləri özündə ehtiva edən proqramlar – Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 371 nömrəli Fərmanı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram", 2007-ci il 28 iyun tarixli 2271 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007–2012-ci illər üçün)", 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı" Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı təsdiq edilmişdir. Həmin dövlət proqramları bu sahədə uğurlu nəticələrin əldə edilməsində müstəsna əhəmiyyət kəsb etməkdədir.
Hal-hazırda da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı  mübarizəyə dair 2019-2024-cü illər üçün "Dövlət Proqramı" icra olunmaqdadır.
Narkomanlıqla mübarizə şərti olaraq iki istiqamətdə aparılır-tələbatın və təklifin azaldılması istiqamətlərində. Təklifin azaldılması əsasən hüquqi mübarizə üsulları ilə hüquq mühafizə orqanları, prokurorluq tərəfindən həyata keçirilir. Tələbatın azaldılmasına is yalnız profilaktiki tədbirlərlə nail olmaq mümkündür. Bu narkomanlıqdan əziyyət çəkən xəstələrin aşkarlanması, qeydiyya alınması, müalicəsi, sosial reabilitasiyası və s. istiqamətlər daxildir.
Ümumbəşəri bəla olan narkomaniyanın sərhəd tanımadan yayılması ölkəmiz üçün həlli vacib məsələlərdən birinə çevrildiyindən dövlətimiz bütün qüvvə və imkanlarını səfərbər edərək bu bəlanın kökünün kəsilməsi istiqamətində aparılan beynəlxalq mübarizəyə qoşulmuş, bu sahədə həyata keçirilən işlər çərçivəsində zəruri qanunvericilik bazası yaradılmış və institusional islahatlar həyata keçirilmişdir. Bir sıra təşkilati- hüquqi, institusional və əməli praktiki tədbirlər həyata keçirilməklə bərabər, həmçinin qlobal bəla ilə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirak da intensiv xarakter almışdır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsində narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 234-cü maddə  (qanunsuz olaraq narkotik vasitəlıri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 235-ci maddə (narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə), 236-cı maddə (narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə), 237-ci maddə (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə), 238-ci maddə (narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlama), 239-cu maddə (narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüququ verən reseptləri tibbi göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırma) və 240-cı maddə (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi)  təsbit edilmişdir. 
Qeyd edilən normaların hər birinin özünəməxsus xüsusiyyətləri var. Bu növ cinayət işlərinin istintaqı zamanı müstəntiq ilk növbədə baş vermiş cinayət hadisəsinin kriminalistik xarakteristikasını müəyyən edir. Həmin cinayətlərin törədilməsinin əsasında iki motiv: bir tərəfdən narkotik vasitələrə olan şəxsi tələbatın ödənilməsi, digər tərəfdən isə tamah – yəni, narkotik vasitələrin qeyri-qanuni yolla realizə edilməsi nəticəsində yüksək həyat tərzinin təmin edilməsi durur.
Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlət başçısının, hüquq-mühafizə orqanlarının daim diqqət mərkəzindədir.
21-ci əsrdə cəmiyyətin bəlasına çevrilmiş narkomaniyaya qarşı mübarizə nəinki dövlətin, həmçinin bu dövlətdə yaşayan hər bir vətəndaşın, təhsil, mədəniyyət, səhiyyə təşkilatlarının ümdə vəzifəsidir. Bu sahədə fəaliyyət davam etdirilməli və daha da genişləndirilməlidir. / azxeber.com

Sosial     Baxılıb: 330   Tarix: 01 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib. xəbər verir ki, bu barədə icmanın bəyanatında deyilir. Bəyanatda xatırladılır ki, iyunun 27-də Yekaterinburqda hüquq-mühafiz

Neft bahalaşdı

Dünya bazarlarında neftin qiyməti artıb. KONKRET.azxəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2025-ci ilin avqust müqaviləsini

SON DƏQİQƏ: Azərbaycanda devalvasiya qərarı VERİLƏ BİLƏR

"Bir neçə ay əvvəl Azərbaycan manatının mümkün devalvasiyası ilə bağlı proqnoz vermişdim. Hazırda ABŞ-ın nüfuzlu reytinq agentlikləri də eyni risklərə diqqət çəkir. Manatın ABŞ dollarına qarşı 1.98 – 2.05 intervalınd

Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb

Goranboyda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların kimliyi məlum olub. -un "Unikal"a istinadən məlumatına görə, yol-nəqliyyat hadisəsi nəticəsində Gəncə şəhər sakinləri İlham

Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ

"Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların bir neçə qətl epizodunda və adam öldürməyə cəhddə bilavasitə əlaqələri var". xəbər verir ki, bu barədə region üzrə istintaq komitəsi məlumat yayıb

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir

"Astara" dövlət sərhədindən buraxılış məntəqəsində bir qrup xarici vətəndaşların təxliyəsi uğurla həyata keçirilib. "Unikal"a istinadən xəbər verir ki, ABŞ, Çin, Avstraliya, Vyetnam və digər ölkələri

Bakıda daha bir avtobus zolağında minib-düşmə yeri yaradılıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir. AYNA-y

DİN sürücü və valideynlərə xəbərdarlıq edib

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır. xəbər verir ki, belə xəbərdarlıqla Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşa

Sabah 37 dərəcə isti olacaq

Azərbaycanda iyunun 28-i havanın yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şər


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber metbuat azerbaycan son xeber bugun en son xeber