SON DƏQİQƏ: Azərbaycanda devalvasiya qərarı VERİLƏ BİLƏR

SON DƏQİQƏ: Azərbaycanda devalvasiya qərarı VERİLƏ BİLƏR"Bir neçə ay əvvəl Azərbaycan manatının mümkün devalvasiyası ilə bağlı proqnoz vermişdim. Hazırda ABŞ-ın nüfuzlu reytinq agentlikləri də eyni risklərə diqqət çəkir. Manatın ABŞ dollarına qarşı 1.98 – 2.05 intervalında dəyişə biləcəyi ehtimal olunur. Bu da ondan xəbər verir ki, ölkə iqtisadiyyatı artıq yeni bir qiymətləndirmə mərhələsinə daxil olub".
Bu fikirləri Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov KONKRET.az-a açıqlamasında səsləndirib.
SON DƏQİQƏ: Azərbaycanda devalvasiya qərarı VERİLƏ BİLƏR"Azərbaycan təxminən hər 10 ildən bir monetar siyasətinə yenidən baxmalı olur. Belə vəziyyətlərdə iqtisadi risklərin qarşısını almaq məqsədilə devalvasiya qərarı gündəmə gələ bilər. Hazırda Mərkəzi Bank valyuta bazarına müdaxilə edərək manatın məzənnəsini süni şəkildə sabit saxlayır.
Digər tərəfdən, xarici ticarət balansında ötən ildən etibarən mənfi dinamika müşahidə olunur. Eyni zamanda, Mərkəzi Bankın valyuta ehtiyatlarında da azalma qeydə alınır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması da əlavə valyuta tələbi yaradır. Bu da ölkəyə daxil olan və çıxan valyuta axınları arasında balanssızlığa səbəb olur".
İqtisadçı qeyd edir ki, neft qiymətləri də proqnozlara təsir göstərən əsas amillərdəndir.
"İyun ayının əvvəlində "Azəri Light" markalı neftin qiymətində müəyyən bahalaşma müşahidə olunsa da, son günlərdə yenidən ucuzlaşma tendensiyası başlayıb. Hazırda qiymət 76 ABŞ dolları civarındadır. Bu səviyyə ölkənin neft gəlirlərində azalma riski yaradır.
Azərbaycan hökumətinin büdcə planlamasında 3 fərqli, optimist, real və neqativ ssenari nəzərdə tutulub. Neft gəlirlərinin azalması neqativ ssenarinin reallaşması ehtimalını artırır. Yadda saxlamaq lazımdır ki, 2015-ci ildə baş verən devalvasiya zamanı neftin qiyməti 20-30 dollar arasında idi. Hazırkı qiymətlər daha yüksək olsa da, iqtisadi şərait fərqlidir və diqqətlə izlənilməlidir".
Aynurə Ismayil, 
KONKRET.az

Sosial       Tarix: 27 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

"Hürrem" və "Süleyman" illər sonra bir arada – FOTOLAR

Türkiyə serial tarixində dərin iz buraxan "Muhteşem Yüzyıl"ın baş qəhrəmanlarını canlandıran Halit Ergenç və Meryem Üzerli uzun müddətdən sonra yenidən bir araya gəlib. "Qafqazinfo"ya istinadla xəbər veri

Çörək niyə tez xarab olur? — Bunu dəyişə biləcək sadə üsul

Təzə bişmiş məhsullar bir çox insanın gündəlik qida rasionunun ayrılmaz hissəsidir. Xırtıldayan qabıq, yumşaq iç və çörəyə məxsus ətir səhər yeməyini daha xüsusi edir. Lakin problem ondan ibarətdir ki, alındıqdan bir neç

DİQQƏT: Bu qəpiklər dövriyədən çıxarıla, yeni pul nişanları istifadəyə buraxıla bilər

Azərbaycanda gələcəkdə yeni pul nişanlarının dövriyyəyə buraxılması və aşağı nominallı qəpiklərin istifadədən çıxarılması məsələsi zaman-zaman müzakirə olunur. Bəs belə bir addımın atılması nə dərəcədə realdır?. Mövzu il

Vətəndaş kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir' - Deputat

"Gəlin etiraf edək ki, şəhər mərkəzlərində, qəsəbələrdə və rayon mərkəzlərində də çay yataqları, arxlar və kanallar mövcuddur. Həmin ərazilərdə kol-kosların təmizlənməsi həqiqətən də ciddi problemə çevrilir. Vətəndaşla

Azərbaycanın qaz ehtiyatı nə qədərdir?

Prezident İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində çıxışı zamanı mövcud qaz ehtiyatlarımızın ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayə

İkinci və üçüncü uşağa görə verilən ödənişlər artırıla bilər - AÇIQLAMA

Avropa ölkələrinin bir çoxunda doğum səviyyəsinin azalması və əhalinin qocalması fonunda ailələrə maliyyə dəstəyi, vergi güzəştləri, əlçatan mənzil proqramları və işləyən valideynlər üçün sosial təminatlar genişləndirilib

Cəlilabad sakinini ot yükləyərkən ilan sancdı

Cəlilabad rayonunun Məlikəasımli kəndində 30 yaşlı sakin Vasif Fərhad oğlu Yayhəyev ilan sancması nəticəsində xəsarət alıb. Hadisə maşına ot yüklənən zaman qeydə alınıb. Məlumata görə, otluq sahədən çıxan ilan şəxsin əlində

Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı - Foto

Bakı şəhər Binəqədi rayonu 9-cu mikrorayon ərazisində faciəvi hadisə baş verib. xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mənzillərin birində 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin meyit

Qəhrəmanov Vaqifin meyiti tapıldı - FOTO

Rusiya-Ukrayna müharibəsində itkin düşmüş hesab edilən azərbaycanlının nəşi tapılıb. APA-ya istinadən xəbər verir ki. Astara rayonunun Siyəkəran kənd sakini Vaqif Qazı oğlu Qəhrəmanov Rusiya Silahlı Qüvvələrinin tərkibind


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son durum cəbhədən son məlumat en yeni xeberler cəbhədən xəbərlər